Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlət başçısını prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət
başçıları ölkələrimiz arasında
mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə
dinamik inkişafından məmnun olduqlarını
bildirmiş, əlaqələrimizin gələcək illərdə
daim möhkəmlənəcəyinə əminliklərini
ifadə etmişlər.
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 1.