Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 10-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Mixeil
Saakaşvili prezident seçkilərində əldə etdiyi
inamlı qələbə
münasibətilə dövlətimizin
başçısını təbrik etmiş,
xalqımızın rifahı və dövlətimizin gələcək
inkişafı naminə ona ali dövlətçilik fəaliyyətində
uğurlar arzulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz
arasında dostluq münasibətlərinin uğurlu
inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin
bundan sonra daha da möhkəmlənəcəyinə əmin
olduqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 1.