Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.

Mən səmimi qəlbdən ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacaqdır. Çünki biz təhlükəsizlik, sülhrifahla bağlı ümumi maraqlarımızı yalnız birgə səylərlə həyata keçirə bilərik.

Sizə cansağlığı arzu edir, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadisosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Sizi noyabrın sonunda Vilnüsə dəvət edirəm.

İcazə verin, qələbəniz münasibətilə Sizi bir daha təbrik edim. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

 

 Dalya QRİBAUSKAYTE,

Litva Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 2.