Çanq Eui-YONQ:
Əminəm ki, Azərbaycan
xalqı öz gələcəyi naminə düzgün seçim etmişdir
Əminəm ki, Azərbaycan xalqı öz gələcəyi naminə düzgün seçim etmişdir. Bu sözləri ölkəmizdə keçirilən prezident seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının seçki müşahidə missiyası adından çıxış edən Çanq Eui-Yonq demişdir.
Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə Milli Məclisin dəvəti ilə gəldiklərini deyən Çanq Eui-Yonq müşahidələrdə İran, Koreya Respublikası, Nepal, Pakistan, Filippin, Türkiyə və Vyetnamdan olan nümayəndələrin iştirak etdiyini diqqətə çatdırmışdır.
Seçki günü müşahidə missiyasının üç qrupa ayrıldığını qeyd edən Çanq Eui-Yonq bir sıra seçki məntəqələrində müşahidələr apardıqlarını diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, seçkinin başlanğıcından sonuna qədər müşahidələr aparılmışdır. Bülletenlerin paylanması, seçicilərin səs verməsi və bülletenlərin sayılması prosesləri yaxından izlənilmişdir. Müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdir.
Vurğulanmışdır ki, namizədlər üçün ödənişsiz televiziya debatlarının təşkil olunması onların öz platformalarını seçicilərinə çatdırmalarına geniş imkan yaratmışdır.
Bu
seçkilər demokratiyanın daha da inkişafı istiqamətində önəmli bir addımdır.
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 5.