Azərbaycanda prezident seçkiləri şəffaf,

ədalətli, azad və dinc şəraitdə baş tutmuşdur

 

"Azərbaycanda prezident seçkiləri şəffaf, ədalətli, azaddinc şəraitdə baş tutmuşdur". Bu sözləri AsiyaSakit Okean Beynəlxalq Demokratlar Mərkəzinin üzvləri oktyabrın 10-da prezident seçkiləri ilə bağlı keçirdikləri mətbuat konfransında demişlər.

Mərkəzin üzvü, Filippinin nümayəndələr palatasının keçmiş sədri Jose de Venesiya seçkilərin təşkilatçılığını yüksək qiymətləndirmiş, Azərbaycanın nəinki Cənubi Qafqazda, hətta dünyada gündən-günə artan nüfuzunu qeyd etmişdir.

Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə də toxunan J.Venesiya qurumun səmərəli və peşəkar səviyyədə işləməsini xüsusi vurğulamışdır.

Məntəqələrdə olarkən seçicilərin seçimində qərarlı olduğunu bildirən mərkəzin digər üzvü Şeyla Kops seçkilərə hazırlıq dövründə prosesin KİV-də işıqlandırılması, namizədlərin təbliğat imkanlarının olmasına nəzarət etdiyini vurğulamışdır.

Məntəqələrdə seçici fəallığının yüksək olduğunu diqqətə çatdıran Ş.Kops dairə və məntəqə seçki komissiyalarının rəhbərlərinin seçkilərə tam hazırlığını, məntəqələrdə qanun pozuntusu barədə heç bir məlumat və şikayətin müşahidə olunmadığını xüsusi qeyd etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 6.