Estoniyalı siyasətçi Nikolay MEİNERT:

Seçkilərin nəticələri seçicilərin iradəsini əks etdirir

 

Azərbaycanda prezident seçkilərini müşahidə etmiş Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert mətbuat konfransında seçkilərin demokratik şəkildə keçdiyini demişdir: Biz bura qısamüddətli missiya üçün gəlmişdik və yalnız seçki gününü müşahidə etdik. Müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlər gördük, amma bu texniki problemlər nəticəyə heç bir təsir göstərməmişdir.

AzərTAc xəbər verir ki, bir çox seçki məntəqələrində olduğunu qeyd edən qrupun üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini vurğulamışdır: Mən hər hansı bir zorakılıq halını və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik.

Həmkarlarının fikri ilə razılaşdığını bildirən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin onda müsbət rəy doğurduğunu qeyd etmişdir. Müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini də diqqətə çatdıran qrup üzvü gün ərzində bununla bağlı hər hansı sübut tapmadığını bildirmişdir.

N.Qriffin onu da əlavə etmişdir ki, seçkilər zamanı hansısa pozuntularaya təzyiqlərə rast gəlməmişdir, seçkilər azaddemokratik şəkildə keçirilmişdir.

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində müşahidələr apardığını və vəziyyətin Bakıdakından fərqlənmədiyini bildirərək demişdir: Seçki ardıcıllığı və qanunçuluq yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda, yerli müşahidəçilərin də çox olması məni sevindirdi. Onlar fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir. Seçkilərdən əvvəlki və sonrakı müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər zamanı bəzi kiçik problemlərə də rast gəldik. Lakin bu problemlərin nəticələrə heç bir təsiri ola bilməz. Bizim qrup bu qənaətə gəldi ki, ümumi mənzərə müsbətdir. Düşünürük ki, seçkilər ədalətli olduinsanlar da seçimlərini azad şəkildə etdilər. Avropa standartlarına cavab verən seçkilər keçirilmişdir.

 Dünyanın müxtəlif ölkələrindən Azərbaycana təxminən 1200 müşahidəçi gəlmişdir. Bu da o deməkdir ki, bu seçkilər, Azərbaycandakı demokratiya dünyanın bütün ölkələri üçün çox əhəmiyyətlidir. Biz həmçinin, Azərbaycanın yeni Seçki Məcəlləsinə də nəzər saldıq. Belə nəticəyə gəldik ki, bu çox ciddi qanundur. Bütün prosedurlar aydın şəkildə burada öz əksini tapmışdır. Məntəqələrin bir çoxunda öz vəzifəsini ilk dəfə icra etməyən peşəkarlara rast gəldik. Ümumi təəssüratlarımız çox yaxşıdır.

 

 

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 6.