AVCİYA növbəti prezident
seçkilərinin Azərbaycan xalqının həyatında
və dövlətçiliyin
inkişafında mühüm mərhələ olduğunu bəyan
etmişdir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə dair bəyanat yaymışdır. Bəyanatı AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı oktyabrın 10-da "Hyatt Regency-Naxçıvan" hotelində keçirdiyi mətbuat konfransında jurnalistlərə təqdim etmişdir. Qurumun prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədi ilə 118 dairə seçki komissiyasının 4813 məntəqəsində seçkiləri müşahidə etdiyini bildirən M.Zülfüqarlı demişdir ki, AVCİYA seçki qərargahı seçki ərəfəsində Avropa Şurası və ATƏT-in Bakı ofisi ilə yaxından əməkdaşlıq etmişdir. Həmçinin Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda bir sıra görüşlər keçirilmiş və geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası öz bəyanatında prezident
seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf
və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki
illərlə müqayisədə daha sabit, konstruktiv və
demokratik olduğunu qeyd edir, bu seçkilərin Azərbaycan
xalqının gələcək həyatında, dövlətçiliyin
inkişafında, vətəndaş cəmiyyəti
quruculuğunda mühüm mərhələ təşkil
etdiyini vurğulayır.
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 7.