Senator Rodney
ELLİS: Sizin Prezident
seçilməyiniz
xalqınız üçün
etdiyiniz müstəsna xidmətlərin nəticəsidir
"Sizin Prezident seçilməyiniz xalqınız üçün etdiyiniz müstəsna xidmətlərin nəticəsidir". AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevi oktyabrın 9-da keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edən ABŞ-ın Texas ştatından olan senator Rodney Ellis demişdir.
Texaslı senator Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi zamanında Azərbaycanda olduğunu bildirmiş, ölkəmiz haqqında bir çox şeylər öyrəndiyini diqqətə çatdırmışdır: "Mən Azərbaycanda olduğum müddətdə ölkəniz haqqında çox şeylər öyrəndim. Azərbaycanın ABŞ-la bir çox sahədə tərəfdaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Cənab İlham Əliyev, mən Sizi üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Mən əminəm ki, Sizin rəhbərliyinizin növbəti mərhələsində Azərbaycan daha da çiçəklənəcəkdir. Azərbaycan bu gün Sizin səyinizlə regionun nüfuzlu dövlətlərindən birinə çevrilməkdədir.
Sonda
bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə
təbrik edirəm".
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 7.