Konqresmen Yvette
D.CLARKE: «ABŞ və Avropa
İttifaqı Azərbaycanın enerji sahəsində
qazandığı liderliyi
yüksək qiymətləndirir»
"ABŞ və Avropa İttifaqı Azərbaycanın enerji sahəsində qazandığı liderliyi yüksək qiymətləndirir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevi 9 oktyabr seçkilərində qazandığı qələbə münasibətilə təbrik edən Texas ştatından olan konqresmen xanım Yvette D.Clarke demişdir.
Xanım konqresmen demişdir: "ABŞ-ın Azərbaycanla qarşılıqlı strateji əsaslara söykənən əlaqələri mövcuddur. Bizim xalqlarımız tolerantlıq və ölkələrimizin çiçəklənməsinin qlobal miqyasda inkişafı üçün birgə çalışır. Bir amerikalı olaraq Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda həyata keçirdiyi sülhməramlı tədbirlərə geniş töhfə verməsini yüksək qiymətləndirirəm. Ölkələrimizin birgə səyləri TAP boru kəmərindən yararlanmaqla Avropanın enerji təhlükəsizliyi "Cənub" qaz dəhlizi vasitəsilə genişlənməsinə yönəlmişdir".
Y.Clarke Azərbaycanda tolerantlıq, milli azlıqlara hörmət və gender bərabərliyinin olduğunu demişdir: "Təbii ki, bunlar hər hansı bir demokratik sistemin əsasını təşkil edir və Azərbaycan cəmiyyətində dərin köklərlə əks olunmuşdur.
Cənab
Prezident, Azərbaycanın dostu olaraq mən Sizə və
xalqınıza uğurlar arzulayıram".
AzərTAc
Azərbaycan.-2013.- 11 oktyabr.- S. 7.