Bugünkü Azərbaycan gəncliyi Prezident İlham Əliyevin komandasıdır

 

Ceyhun OSMANLI: "Seçkilər bir daha sübut

 etdi ki, İlham Əliyev dünya azərbaycanlılarının lideridir"

 

 

Azərbaycanda prezident seçkiləri başa çatdı. İnsanların seçmək seçilmək hüququnun yüksək səviyyədə təmin olunması üçün bütün imkanlardan istifadə olundu. Bu seçkilərdə gənclər daha aktivlik nümayiş etdirdilər. Seçkilərdə iştirak edən seçicilərin 2 milyon nəfəri, yəni, 40 faizi gənclər oldu. Gənclər arasında təxminən 500 min nəfər ilk dəfə prezident seçkilərində səs verdi.  Səs verən 500 min gəncin mütləq əksəriyyətinin seçimi isə İlham Əliyev oldu. Qeyd edək ki, ilk dəfə seçkidə iştirak edən gənclərin maarifləndirilməsi, seçki prosesində aktivlik nümayiş etdirməsi üçün xüsusi layihələr, təlimlər keçirildi. Azərbaycanda bir çox yeniliklərə imza atıldı.  Bütün bunlarla bağlı Milli Məclisin gənc deputatı Ceyhun OSMANLININ fikirlərini öyrəndik:

- Bu gün dünyaya inteqrasiya edən, demokratik prinsiplər əsasında irəliyə doğru addımlayan, Avropanın aparıcı dövlətlərindən birinə çevrilən Azərbaycanda keçirilən prezident seçkiləri bir çox ölkələr üçün örnək oldu. Seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edildi beynəlxalq təşkilatların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verdilər.

Bu seçkilərdə həqiqətən, gənclər aktivlik nümayiş etdirdilər. İlk dəfə olaraq  500 min nəfər gənc səs verdi onlardan 150 nəfərin 18 yaşı məhz oktyabrın 9-da tamam olurdu. Bu gənclər səsvermə hüququndan yararlana bildilər. Ancaq əminliklə deyə bilərəm ki, səs verən 500 min gəncin mütləq əksəriyyətinin seçimi müasir Azərbaycanı dünyaya tanıdan, uğurlu inkişaf strategiyası quran İlham Əliyev oldu. Azərbaycan gəncliyi öz layiqli namizədinə səs verdi. Gələcəyə böyük inamla irəliləyən gənclərimiz müasir Azərbaycanın uğurlu sabahını məhz İlham Əliyevdə gördülər. Çünki bugünkü Azərbaycan gəncliyi Prezident İlham Əliyevin komandasıdır.

Gənclik hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Çünki müasir Azərbaycan gəncliyi İlham Əliyev dövrünün yetirməsidir. Bugünkü müasir Azərbaycan gəncliyi öz intellektual inkişafını, öz karyera inkişafını, öz dövlətçilik ənənələrinin təşəkkül tapmasını, Azərbaycanın bir dünya dövləti olmasını, Azərbaycan  vətəndaşının, dünya azərbaycanlılarının imicinin yüksəlməsini İlham Əliyev dövründə görüb. Hesab edirəm ki, Prezident İlham Əliyevin komandası olan Azərbaycan gəncliyi hər zaman onunla bərabər olacaq. Ona görə gənclər 2018-də, 2023-də daha sonrakı illərdə yalnız İlham Əliyevi dəstəkləmək haqqında düşünürlər.

Onu da vurğulayım ki, seçkilərin çox yüksək əhval-ruhiyyədə keçməsi gözlənilən idi. Çünki Azərbaycan müstəqilliyinin 21-ci ilində demokratiyaya yeni qədəm qoyan ölkə deyil, artıq demokratiyanın təşəkkül tapdığı ölkələrdən biridir. Azərbaycan seçiciləri bir neçə prezident, parlament eyni zamanda, bələdiyyə seçkilərini geridə qoyan seçicilərdir. Xalqın seçkidə aktiv iştirakı Azərbaycanın demokratik ölkələr ailəsində irəliyə doğru daha bir ciddi addım atdığının göstəricisidir.

Hazırda dünyada elektronlaşma prosesi sürətlə irəliyə doğru gedir. Heç bir sahədə dünya dövlətlərindən geri qalmayan Azərbaycanda da bu sahədə xeyli işlər görülüb bu gün ölkəmizdə qurulan elektron sistemdən bir çox dövlətlər yararlanmaq istəyir. Hətta bəzi dövlətlər elektron hökumətin qurulması üçün Azərbaycandan yardım istəyir. Artıq insanlar evlərindən çıxmadan bütün məsələlərini həll etməyə çalışırlar. Hətta evlərə lazım olan gündəlik tələbat malları belə, elektron müraciətlər vasitəsi ilə çatdırılır. O cümlədən , dünyada keçirilən seçkilərin trendi göstərir ki, illər keçdikcə seçkilərə gedən insanların sayı azalır. Belə bir fonda Azərbaycan seçicisinin aktivliyi əslində, Azərbaycanda demokratik təfəkkürün bir göstəricisidir xalqımız bu seçkidə fəal iştirakı ilə dünyaya demokratiya nümunəsi göstərdi.

Vətəndaşların seçkidə aktivlik nümayiş etdirməsi, kütləvi şəkildə seçki məntəqələrinə getmələri həm təbii hesab olunurdu. Çünki onların inandıqları, sevdikləri namizəd var idi həmin namizədin prezident seçilməsi üçün məntəqələrə gedirdilər. Onlar ölkədə olan inkişafı öz həyatlarında hiss edərək bundan sonra da o yüksəlişin davam etməsini arzu edirdilər təbii ki, səs verdikləri namizəd İlham Əliyev idi.

60 milyonluq dünya azərbaycanlılarının diqqəti ana vətən Azərbaycanda idi. Çünki ana vətən öz gələcək inkişafını müəyyən edirdi. Çünki qısa müddətdə Azərbaycanın inkişafı dünya azərbaycanlılarının qürurunu yüksəldəcək, prestijini ucaldacaq səviyyəyə çatıb. Çünki hər kəs Azərbaycanı bir dünya ölkəsinə çevirmiş dünya azərbaycanlılarını yeni əvəzsiz layihələrlə sevindirəcək bir liderin - İlham Əliyevin yenidən mandat qazanması arzusunda idi.

Seçkidə iştirak edən Azərbaycan gənclərinin aktivliyinə gəlincə, bir daha demək istəyirəm ki, müasir Azərbaycan gəncləri öz inkişaf dövrünü Prezident İlham Əliyevin hakimiyyəti illərində görüb. Bugünkü gəncliyi İlham Əliyev dövrünün gəncliyi adlandırmaq da olar. İlk dəfə səs verən 500 minə yaxın gəncin fovariti İlham Əliyev idi. Bunu seçkilərdən öncə həyata keçirilən "Mənim Prezidentim", "Səs ver", "www.10il.az" və digər layihələrin nəticələrindən də görürdük. Daha bir maraqlı məqam isə odur ki, seçki ərəfəsində ilk dəfə olaraq Azərbaycandakı seçki mühiti, seçkiyə hazırlıq prosesiinkişafla bağlı dünyanın bir çox aparıcı dövlətlərinin beyin mərkəzləri müsbət hesabatlar yaydılar. Bu isə o deməkdir ki, tək Azərbaycan seçiciləri yox, bütün dünyanın düşünən beyinləri Azərbaycandakı sürətli inkişafı görürbuna rəğbətlə yanaşır. Ona görə də demək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti 5 ildə də Azərbaycan vətəndaşının, onun kimliyinin, və dövlətçiliyinin prestijinin daha da yüksəklərə doğru irəliləməsinin şahidi olacağıq. Son olaraq isə deyim ki, Azərbaycan gəncləri həmişə Prezident İlham Əliyevin komandası olaraq onunla birgə gələcəyə doğru addımlayacaqlar.            

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 8.