«Gənc istedadların yaradıcılığında ənənə

 müasirlik» layihəsi çərçivəsində sərgi açılmışdır

 

Oktyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey sərgi kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc istedadların yaradıcılığında ənənə və müasirlik" layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, əvvəlcə "Gənc istedadların yaradıcılığında ənənə və müasirlik" layihəsi haqqında videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə ADRA-nın rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, akademiyanın prorektoru professor Validə Məmmədova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qalib Qasımov və xalq rəssamı Arif Hüseynov çıxış edərək gənclərin istedadlarının üzə çıxarılmasında, dəyərləndirilməsində və təbliğ olunmasında tədbirin əhəmiyyətini xüsusilə vurğulamışlar.

Qeyd edilmişdir ki, gənc rəngkar, heykəltəraş, qrafik, xalçaçı-rəssam, memar və modelyer-dizaynerlər təqdim etdikləri yaradıcılıq işlərində öz bacarıqlarını peşəkarcasına göstərə bilmişlər.

Çıxış edənlər layihə iştirakçılarını təbrik edərək onlara yaradıcılıq uğurları arzulamışlar.

Tədbirdə layihənin rəhbəri, sənətşünas Dilarə Müzəffərli bildirmişdir ki, məqsədimiz gənclər arasında milli ənənələrin unudulması probleminin qarşısının alınması, təsviri sənətin bütün məqamlarında milli ənənələrə marağın artırılmasıdır. Layihə həmçinin gənclərin istedadlarının üzə çıxarılmasında və onlara öz yaradıcılıq potensiallarının təbliği istiqamətində böyük əhəmiyyət kəsb edir.

Vurğulanmışdır ki, iştirakçıların əsərləri arasında miniatür sənəti, xalçaçılıq, eyni zamanda, Azərbaycanın qədim misgərlik sənəti nümunələrinə olan maraqları təqdirəlayiqdir. Onların əsərləri üslubjanr etibarilə fərqlidir, lakin bütün bunları birləşdirən başlıca cəhət bəşəri klassik meyillərin milli ənənələrlə vəhdətinə nail olaraq müasir sənət əsərləri yaratmaqlarındadır.

Açılış mərasimində layihənin iştirakçısı olan modelyer-dizayner Günel Behbudovanın geyim kolleksiyasının nümayişiolmuşdur.

Sonra sərgiyə baxış olmuşdur.

Sərgidə 10  istedadlı gəncin 40-a yaxın əl işi nümayiş etdirilir.  "Adəm oğulları: HabilQabil", "Əbədi yuxu", "Mələk", "Qobustana səyahət", "Məhsəti Gəncəvi", "İrs" və digər əsərlərin hər biri Azərbaycanın təsviri sənətinin zəngin bədii ənənələrini özündə əks etdirir.

Tədbirdə layihə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən diplomlar təqdim olunmuşdur. Sərgi 3 gün davam edəcəkdir.

 

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 11.