Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxilixarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.

Əminəm ki, Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu gözəl fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

 

 İslam KƏRİMOV,

Özbəkistan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 1.