Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasında prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə aldığınız dəstək Azərbaycan xalqı tərəfindən Sizə olan böyük etimadın və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Qəti əminəm ki, Sizin yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizlə ölkələrimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və çiçəklənməsinə yönəlmiş dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 Almazbek ATAMBAYEV,

Qırğız Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 1.