İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa

 

Əlahəzrət!

 

İspaniya Krallığının milli bayramı münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-İspaniya dövlətlərarası münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 12 oktyabr.- S.1.