Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab
Prezident!
Məkkəyə həcc ziyarətinin başa çatdığı bir müddətdə Mişel və mən Qurban bayramı münasibətilə Amerikadakı və dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırır, xüsusən də zəvvarların müqəddəs səfəri uğurla başa çatdırmalarını diləyirik.
Dünyanın üç əsas dininin İbrahim peyğəmbərdən qaynaqlanmasını əks etdirən ayini ehtiva edən həcc ziyarətinə gedən təxminən üç milyon müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması ilə fəxr edirik. Bu il həcc ziyarətinə gedənlərdən əlavə bütün dünyadakı müsəlmanlar bu bayramı Tanrı ilə münasibətlərini nəzərdən keçirərək və İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olmasını əsas götürərək qeyd edəcəklər.
Aralarındakı
fərqlərə baxmayaraq, müxtəlif etnik və iqtisadi təbəqələrdən
gələn bu qədər insanın ali bir amal ətrafında
birləşməsi bütün bəşəriyyətə
bir daha göstərir ki, bizim fərqimiz Tanrının bizə
bəxş etdiyi və qəbul etməli olduğumuz
gücün mənbəyidir.
Amerika
xalqı adından biz bu xüsusi vaxtda bütün
dünyadakı müsəlmanlara Qurban bayramı və həcc
ziyarətinin uğurla başa çatması münasibətilə
təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və həcc ziyarətiniz qəbul olsun.
Hörmətlə,
Barak OBAMA,
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Azərbaycan.-2013.- 12 oktyabr.- S. 2.