Elnur ASLANOV: «Azaddemokratik şəraitdə İlham Əliyevə səs verən seçicilər üçün ATƏT DTİHB-in hesabatı heç bir məna kəsb etmir»

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun AzərTAc-a açıqlaması

 

 

Oktyabrın 9-da Azərbaycan xalqı öz şüurlu seçimini edib. Bu, hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququna malik olduğu və vətəndaşlara xidmətin dövlət siyasətinin əsas sütununu təşkil etdiyi müasir Azərbaycanın reallığıdır. Buna yalnız bu prosesin diskrediyasiyasını açıq-aşkar öz qarşısına məqsəd kimi qoyan müşahidəçiləri çıxmaq şərti ilə, bizim ölkəyə seçkiləri müşahidə etməyə gələn hamı şahidlik edib.

Bu gün bütün dünyadan dövlət başçıları İlham Əliyevə şəffaf və demokratik seçkilərin keçirilməsini alqışlayan və xalqın Prezidentə inam mandatını təsdiqləyən təbrik məktubları göndərməkdədir. Ölkədə bütün sahələrdə gedən inkişaf prosesinin davamlı olmasına öz seçimi ilə töhfə verən Azərbaycan xalqı bu seçkilərlə İlham Əliyevə dəstəyini növbəti dəfə nümayiş etdirib.

"Təmiz suyu bulandırmaq cəhdi" - ATƏT DTİHB-nin qiymətləndirmə missiyasının hesabatını başqa cür deyil, məhz bu cür adlandırmaq olar. 1990-cı ildə yaradılmış və əvvəllər "Azad seçkilər üzrə büro" adlanan DTİHB bu gün əvvəllər bəyan etdiyi məqsədlərə və vəzifələrə cavab vermir. Biz bunun növbəti dəfə şahidi olduq.

Maraqlı fakt ondan ibarətdir ki, azaddemokratik şəraitdə İlham Əliyevə səs verən seçicilər üçün ATƏT DTİHB-nin hesabatı heç bir məna kəsb etmir. Müstəqil Azərbaycanın istənilən vətəndaşı üçün seçdiyi Prezident olub, var və olacaqdır. Və onun əsas məqsədi ölkənin milli maraqlarına uyğun inkişaf kursunu müəyyən etməkdir. Məhz bu səbəbdən DTİHB tərəfindən Azərbaycandakı seçki prosesinə və seçkinin özünə verilən "qiymət"i məhz siyasi riyakarlıq adlandırmaq olar.

Birincisi, Azərbaycanda seçkilər xarici qüvvələrin diktəsi altında deyil, ölkənin Konstitusiyasına, Seçki Məcəlləsinə uyğun keçirilib və keçiriləcəkdir.

İkincisi, ATƏT DTİHB adlanan beynəlxalq institutun siyasi təzyiq alətinə çevrildiyi absurd teatrı, qiymətləndirmə missiyasının müşahidəçilərinin əvvəlcədən qərəzli mövqe  tutması ilə yanaşı, onların məsələyə nə qədər cəfəng yanaşmasından, son dərəcə qeyri-peşəkarlığından danışmağa əsas verir.

Bu cür qiymətləndirməyə rəvac verən müxalifət qəzetlərinin yazdıqları əsassız məlumatlara söykənən ATƏT DTİHB hesabatının dilibu missiyanın seçkilərə inanılmaz səthi, ötəri yanaşmasıdır.

Qərb dövlətlərinin özləri ATƏT DTİHB-nin əksər tövsiyələrini yerinə yetirmirlər, halbuki bu tövsiyələr ənənəvi olaraq ultimatum şəklində MDB dövlətlərinin qarşısında qoyulur. Bu yerdə ABŞ-ın Texas ştatının hökumət rəsmiləri ilə ATƏT DTİHB-nin müşahidəçiləri arasında yaşanan qalmaqalı xatırlamamaq olmur. O zaman - 2012-ci ildə Texas ştatının prokuroru ATƏT müşahidəçilərinə seçki məntəqəsinə 30 metrdən yaxın gəlməyi qadağan etmişdi və "yerli qanunlar"ı pozanları cinayət məsuliyyəti ilə hədələmişdi. Onu da xatırlamaq yerinə düşərdi ki, Ayova, ArizonaMissisipi ştatlarının hökumət rəsmiləri də bu missiyaya səsvermə yerlərində görünməyi qadağan etmişdi.

ATƏT-in iştirakçı dövləti kimi ABŞ-ın müşahidəçiləri seçkilərə buraxmamaq hüququ yoxdur. Amma nəticədə olan oldu. DTİHB-nin missiyasının rəhbərliyi isə məsələyə elə bir tərzdə yanaşdı ki, sanki narahatedici heç nə olmayıb.

ATƏT-in kəskin tənqidi və ultimatum xarakterli tonu böyük olmayan dövlətlər üçündür. Amma bir sıra Qərb ölkələri üçün bu ton fərqlidir, yaltaqcasınadır və hətta yalvarışlıdır.

Analoji vəziyyət İrlandiyada 2011-ci il fevralın 25-də keçirilən növbədənkənar parlament seçkilərində də müşahidə olunmuşdu. O zaman bu qurum tərəfindən seçicilərin seçkilərin keçirilməsinə inamla yanaşması barədə qəribə mövqeyi səslənmişdi.  Halbuki  İrlandiya tərəfi daha öncə səsləndirilmiş əksər iradlarla və tövsiyələrlə bağlı işlər görməmişdi. ATƏT DTİHB-nin seçkilərin beynəlxalq müşahidəsinə dair qəbul etdiyi qərarlarda bu cür ikili standartlar ən azı təəccüb doğurur. Nəticə etibarilə bu qurum ikili standartlar siyasəti mövqeyindən çıxış edir.

DTİHB-nin bu təcrübəsi beynəlxalq seçki standartlarının və seçkilərə müşahidənin təşkili prinsiplərinin əsasını təşkil edən Kopenhagen sənədinin maddələrinə və ATƏT-in iştirakçı dövlətlərində vahid və bərabərhüquqlu şəkildə seçkilərin monitorinqinə dair müasir yanaşmalara cavab vermir.

Belə bir fikir yaranır ki, qurum tərəfindən seçkilərin monitorinqi birmənalı şəkildə siyasi təzyiq mexanizminə çevrilib, müşahidənin nəticələrinə dair hesabat isə seçkiləri keçirən dövlətin siyasi kursundan asılı olaraq hazırlanır. Azərbaycan ATƏT-i bu faktın yenidən nəzərdən keçirilməsinə çağırır və DTİHB-nin seçkilərin monitorinqinə dair obyektiv qiymətləndirmə mexanizminin işlənib hazırlanmasını təkid edir.

Qeyd etmək yerinə düşər ki, bu ilin qışında Ermənistanda keçirilən seçkilərdə seçki qanunvericiliyinin, insan hüquq və azadlıqlarının açıq-aşkar pozulmasına, eləcə də prezidentliyə namizədlərdən birinə edilən sui-qəsdə baxmayaraq, ATƏT DTİHB Avropa Parlamenti və AŞ PA-nın müşahidə missiyaları ilə birlikdə seçkilərə müsbət qiymət vermişdi.

ATƏT coğrafiyasının müxtəlif yerlərində baş verən hadisələri qiymətləndirmədə bu cür "selektiv" münasibət təəssüf ki, artıq uzun müddətdir bu qurumda müşahidə olunur. Biz bu mövqeyimizi dəfələrlə bildirmişik. Nəticə etibarilə biz deyə bilmərik ki, ATƏT DTİHB-nin işi qərərsiz əsaslar üzərində qurulub.

Lakin Azərbaycanda 100 ölkədən 1300 müşahidəçinin iştirak etdiyi və müsbət dəyərləndirdiyi seçkilərin hamı tərəfdən uğurlu qarşılanması fonunda DTİHB-nin hesabatı o qədər qərəzli oldu ki, hətta ATƏT nümayəndələri ilə Avropa Parlamentinin, AŞ PA-nın müşahidə missiyaları arasında fikir ayrılığına səbəb oldu. Məhz bu səbəbdən yekun nəticələri əvvəl planlaşdırıldığı kimi birlikdə deyil, ayrı-ayrı elan etmək qərara alındı.

Qurumun mandatına zidd olaraq, özünü yuxarı yerə qoymaqla tənbehedici danışıq tonu seçməsi və açıq-aşkar qərəzliliyi ona bir müstəqil institut kimi qalan inamı da sarsıtdı.

Çoxsaylı beynəlxalq müşahidəçilər seçkilər prosesinin yüksək səviyyədə təşkil edilməsini vurğulayıblar və hansısa ciddi qanun pozuntularını qeyd etməyiblər.

ATƏT DTİHB-nin nəzərinə çatdırırıq ki, İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin demokratik normalara uyğun gəldiyini vurğulayan, seçkilərin müvafiq standartlar səviyyəsində keçirilməsi ilə bağlı təbrik məktubları göndərən dövlət başçıları arasında ATƏT-ə üzv ölkələrin rəhbərləri və DTİHB-nin donorlarının da adları var.

İndi yalnız təəssüflə qeyd etməliyik ki, Azərbaycanın imicinə zərbə vurmaqdünya ictimaiyyətini aldatmaq üçün növbəti cəhd baş verib.

Heç kim iddia etmir ki, Azərbaycanda seçkilər idealdır. Ancaq bu seçkilər maksimum dərəcədə açıq və şəffaf keçirilib, gənc Azərbaycan demokratiyasının yetkinliyi üçün növbəti bir imtahan olub.

 

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 3.