Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir

 

Bu fikirləri cənab İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciətində bildirib

 

 

Demokratik seçkinin əsas şərtlərindən biri aşkarlıq, şəffaflıq və obyektivlikdir. Bütün demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdur. Azərbaycanda da demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə etdiyimiz böyük tarixi nailiyyətlərdən biri sayıla bilər. 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmiş, prosesin fundamental hüquqi bazası formalaşdırılmışdır.

Seçki prosesi hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət olaraq ciddi elmi-politoloji əsaslara söykənir. Hər bir fərdin maraq və mənafelərini özündə ehtiva edən rasional siyasət yeritməyən, yaxud platformasının səmərəlilik əmsalını inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai etimad qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. Ölkəmizdə oktyabrın 9-da keçirilən prezident seçkilərinin ilkin nəticələri də birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.

23 gün davam edən təşviqat mərhələsində xalqın dəstəyindən tamamilə məhrum olmuş ifrat radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı reallıq kimi üzə çıxdı. Gözləmək olardı ki, radikal müxalifət uzun illər davam edən məğlubiyyətlər seriyasından sonra fəaliyyətində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcək. Lakin həmin qüvvələrin son 10 ildə ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdanonun problemlərindən uzaq düşməsi, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olması, siyasi prinsipsizlik nümayiş etdirməsi, ucuz populizmə, şablonprimitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi. Prezident seçkiləri öncəsi cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmədiklərini göstərdi. Bu qüvvələr seçkiqabağı ərəfədə alternativ ideyaproqramlarla çıxış etmək əvəzinə ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdılar. Seçki Məcəlləsinin liberallığı və demokratikliyi hətta belələrinə də namizədliyini irəli sürərək pulsuz efir vaxtından yararlanmaq imkanı yaratmışdı. Lakin bu qəbildən olan namizədlər qeyri-ciddi primitiv təsir bağışlayan, məntiqdən uzaq çıxışları ilə özlərini geniş ictimaiyyətin gülüş hədəfinə çevirdilər.

Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin 9 oktyabrda yenə tərəddüd etmədən cənab İlham Əliyevi dəstəkləməsi ölkəmizin keçdiyi sürətli inkişaf yoluna əsaslanır. Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Məhz əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaqelektoral dəstəyə malik olmaq kimi keyfiyyətlərin politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə İlham Əliyevə şamil etmək olar.

Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciətdə bildirib: "Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.

Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada millidini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir".

Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir. Ötən illərdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, "Ümid", "Abşeron" kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılmış, ölkədə yol-nəqliyyat sistemi, infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir.

Yeni mərhələdə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Cənab İlham Əliyev ötən 10 ildə bütün sahələrdə uğurların əldə olunduğunu bildirib: "Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır.

Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir.

Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir".

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 6.