AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas Aida

 İmanquliyevanın doğum günü münasibətilə sərgi açılmışdır

 

Oktyabrın 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ilk azərbaycanlı şərqşünas qadın, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 74-cü ildönümü münasibətilə alimin zəngin elmi-tədqiqat fəaliyyətinə həsr edilmiş geniş ənənəvi və virtual ədəbiyyat sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli görkəmli şərqşünas alimin mənalı ömür yolundan, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən danışmışdır. Direktor mərhum şərqşünası bir alim kimi Azərbaycan elmininbir qadın kimi Azərbaycan xanımlığının böyük siması adlandırmışdır.

Bildirmişdir ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub getmişdir. Onun fundamental tədqiqatları təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, həm də dünya şərqşünaslığını zənginləşdirərək inkişaf etdirmişdir.

Kitabxananın direktoru Aida İmanquliyevanın ərəb məhcər  ədəbiyyatının, xüsusilə bu ədəbiyyatın ən görkəmli nümayəndələri olan Mixail Nuaymə, Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, İlya Əbu Mazi yaradıcılığının ən böyük tədqiqatçılarından biri olaraq onların  əsərlərinin Azərbaycan dilinə tərcümə etməsinin, bütövlükdə ərəb məhcər ədəbiyyatının əsas ideya xətti və xüsusiyyətləri haqqında çoxsaylı əsərlərinin böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulamışdır.

Qeyd etmişdir ki, professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim olmuşdur. O, 20 ildən artıq müddətdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiyadiplom işlərinə rəhbərlik etmişdir.

Vurğulanmışdır ki, bütün bunlarla yanaşı, Aida İmanquliyeva gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, həmkarlarının xüsusi rəğbət bəslədiyi, sevdiyi və dərin hörmət etdiyi nəcib insan, olduqca zərif bir qadın olmuşdur. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdir.

Digər çıxış edənlər də vurğulamışlar ki, nə qədər ki, onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideyaamallar aktuallığını itirməyib, nə qədər ki, Şərq və Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə Aida İmanquliyevann əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar.

Sərgidə alimin "Cübran Xəlil Cübran", "Qələmlər birliyiMixail Nuaymə", "Yeni ərəb ədəbiyyatı korifeyləri", "Şərq və Qərb: ortaq mənəvi dəyərləri"  kimi, eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş Səlahəddin Xəlilovun "Şərq ruhunun Qərb həyatı", Şərəf Cəlillinin "Daşda çiçək açan Dilbər", eyni zamanda, "Dünya deyilən sənmişsən", "Romantiçeskaya poeziya v kontekste Vostoçno-Zapadnoy problematiki" və digər 100-dək kitab, 40-dan çox məqalə, virtual görüntülər, videofilmlər və fotomateriallar nümayiş etdirilir.

Sərgi 15 gün davam edəcəkdir.

 

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 11.