Gənc istedadların xüsusi
təqaüdə layiq görülməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi
sahəsində xüsusi istedadı olan
aşağıdakı şəxslərin adları Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
yazılsın və onlar xüsusi aylıq təqaüdə
layiq görülsünlər:
Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının
tərkibində İncəsənət Gimnaziyasının şagirdi
Bəylərova Firuzə Rauf
qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi
Cəfərov
Mircavid Mircavad oğlu - Bakı
şəhər Georgi Şaroyev adına 35 nömrəli
Onbirillik Musiqi Məktəbinin
şagirdi
Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İsmayılov
Atabəy Xəzər oğlu
- Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli
Onbirillik Musiqi Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 15 oktyabr.-
S.1.