Prezidentin mətbuat xidmətinin məlumatı

 

Oktyabrın 14-də İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Benyamin Netanyahu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik etmiş, ona prezidentlik  fəaliyyətində uğurlar arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Benyamin Netanyahuya minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 16 oktyabr.- S.1.