Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri cənab
Prezident!
Azərbaycan Respublikasının prezidenti seçkilərində yenidən qalib gəlməyiniz münasibətilə öz adımdan və İtaliya hökuməti adından Sizə ən səmimi təbriklərimi bildirmək istəyirəm.
İtaliya və Azərbaycan mövcud ikitərəfli münasibətlərini və müxtəlif sahələr, eləcə də Trans-Adriatik qaz kəməri layihəsinin inkişaf etdirilməsində strateji tərəfdaş kimi çıxış etməyimizə səbəb olan energetika sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək üçün imkanlara malikdir.
Ötən avqust ayında Bakıya səfərim zamanı göstərdiyiniz yüksək qonaqpərvərliyi xatırlayaraq bir daha Sizə təbriklərimi bildirir və Sizi yenidən görməyimə ümid edirəm.
Hörmətlə,
Enriko LETTA,
İtaliya Nazirlər Şurasının sədri
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 3.