Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

 

Qardaş Azərbaycan xalqının zati-alinizə etimad göstərərək Sizi yenidən Prezident seçməsi münasibətilə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu münasibətlə öz adımdan və İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlmiş səylərimizi təsdiq edir və həmin əlaqələrin daha geniş sahələri əhatə edəcəyinə tam əminliyimizi bildiririk. Bu əlaqələr hər iki qardaş ölkə və xalqın müştərək mənafelərinin həyata keçirilməsinə və islam ümmətimizin problemlərinin həllinə xidmət edir.

Zati-alinizə möhkəm cansağlığı, xalqınıza isə tərəqqi, inkişaf və çiçəklənmə arzu edirəm.

Qardaşınız,

 

 

II Abdullah İbn ƏL-HÜSEYN,

İordaniya Haşimilər Krallığının Kralı

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.