Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab
Prezident!
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
ən səmimi təbriklərimi ifadə etməkdən dərin
məmnunluq hissi duyur
və bildirirəm ki, bu
seçim müdrik Azərbaycan
xalqının Sizə və Sizin
apardığınız uğurlu islahatlara inamının göstəricisidir.
Sizi qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, qardaş Azərbaycan Respublikasına uğurlar diləyirəm. Əminəm ki, İordaniya və Azərbaycan parlamentləri arasında mövcud olan sıx əməkdaşlıq qardaş ölkələrin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Allah işlərinizi uğurlu etsin.
Dərin hörmətlə,
Tahir Əl-Masri,
İordaniya Senatının sədri
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 3.