Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın göstəricisidir. Sizin Prezident vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, xalqın hüquq və azadlıqlarına riayət edilməsinə təminat olacaqdır. Qəti əminəm ki, Rusiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirəcəklər.
Sizə
və yaxınlarınıza möhkəm
cansağlığı, xoşbəxtlik arzulayır, ali
dövləti vəzifənizdə, Azərbaycanın bu
günü və gələcəyi naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
Dmitri SAVELYEV,
Rusiya Federasiyası Dövlət
Dumasının komitə sədrinin müavini
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 3.