Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən qürur duyuram. Seçkilərin nəticələri Sizin ölkənizin gələcəyi üçün gördüyünüz işlərin, güclü hakimiyyətinizin və xalqınızın gücünün sübutudur. Azərbaycanda ümumi daxili məhsulun üç dəfə artması və Bakının müasir şəhərə çevrilmə prosesidaxil olmaqla ölkənizin uğurlarına çox sevinirəm.

Rəhbərliyiniz altında Qərblə olan enerji və təhlükəsizlik əlaqələri genişlənmiş və bu, Azərbaycanı ABŞ və Avropa İttifaqının mühüm regional tərəfdaşına çevirmişdir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı xalqınızın yüksək qonaqpərvərliyinin, vətəndaşlarınızın gənc müstəqil ölkənin inkişaf sahəsində qazandığı uğurlardan məmnun qaldıqlarının şahidi olmuşam.

Bir daha seçkilərdə qazandığınız qələbə münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcəkdir.

Dərin hörmətlə,

 

 Cim DEVIS,

ABŞ senatoru

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.