Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli Prezident!

 

Oktyabrın 9-da keçirilən prezident seçkilərində inamlı qələbəniz dostqardaş Azərbaycan vətəndaşlarının Sizə böyük inamının, ölkənin siyasi, sosialiqtisadi həyatının inkişafı sahəsində gördüyünüz möhtəşəm işlərin xalq tərəfindən bəyənilməsinin təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm bölgədə siyasiiqtisadi gücünü artırmış, həm də vətəndaşların həyat şəraitini və hüquqlarını təqdirəlayiq səviyyəyə yüksəltmişdir. Bununla bərabər, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyiniz önəm sayəsində ikitərəfli münasibətlər daha da güclənmiş, "Bir millət, iki dövlət" anlayışı hər iki ölkədə yeni məzmun kəsb etmişdir.

Türkiyə İşçi Sindikatları Konfederasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımı diqqətinizə çatdırıram.

 

 Ergün ATALAY,

Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 4.