Prezident seçkiləri - 2013: Faktlar azad, ədalətli
və şəffaf seçkilər
keçirildiyini göstərir
Oktyabrın 9-da Azərbaycanda prezident seçkisi baş
tutdu. 125 dairə və 5 492 seçki məntəqəsində
səsvermə keçirildi.
Bütün seçki proseslərində ən
mühüm məsələ etimad məsələsidir. Etimadı təmin
edən isə şəffaflığı təmin edən
amillərdir. Bu seçkilərdə şəffaflığın
təmin edilməsini göstərən 5 mühüm amil
özünə yer almışdı:
- 1 000
seçki məntəqəsində veb-kameralar qurulmuşdu. Bu kameraların vasitəsilə dünyanın istənilən
nöqtəsindən həmin məntəqələrdə səsvermənin
gedişi izlənə bilirdi. 1000 seçki məntəqəsi
isə bütün məntəqələrin təqribən 20
% deməkdir;
- Beynəlxalq
müşahidəçilərin sayının çox
olması;
- 50 mindən
artıq yerli müşahidəcilərin fəaliyyəti;
- 5 təşkilatın
"exit-poll" keçirməsi;
-
Seçicilərin barmaqlarının rənglənməsi.
1000 məntəqədə veb-kameraların qurulması
haqda artıq qeyd etdik. 1400-ə yaxın beynəlxalq
müşahidəçinin olması isə bir tərəfdən
seçkilərin şəffaf keçirilməsinə
arxayınlığın, o biri tərəfdən də bu
şəffaflığı təmin etmək istəyinin təzahürüdür.
Eyni zamanda beynəlxalq müşahidəçilərin
coğrafiyası demokratik seçkilərin keçirildiyi, demək
olar ki, bütün ölkələri əhatə edirdi.
Bu sırada Avropanın- şərqi, mərkəzi
və qərbi avropa qruplarının təmsilçiləri,
Amerika, Asiya və Afrika qitələrindən olan dövlətlərin
müşahidəçiləri vardı.
Avropadan
seçkini müşahidə edən beynəlxalq təşkilatlar
sırasında AŞ PA; ATƏT Parlament Assambleyası; Avropa
Parlamenti; ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu; GUAM; Mərkəzi Avropa Siyasi
Monitorinq Qrupu; Avropa Seçki Müşahidəsi
Akademiyası var idi.
Şərqi Avropanı təmsil edən Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin
QHT Forumu da seçkini müşahidə edirdi.
Amerika qitəsindən
olan müşahidə qrupları sırasına:
- Amerika
Müstəqil Siyasi Monitorinq Mərkəzi;
-
Latın Amerikası və Karib hövzəsi ölkələrinin
Siyasi Partiyalarının Daimi Konfransı,
Asiya qitəsindən:
Asiya-Sakit okean hövzəsi Beynəlxalq Mərkəzçi
Demokratların Təşkilatı; Asiya Siyasi Partiyalarının
Daimi Konfransı; İslam Əməkdaşlıq Təşkilatı,
Türkiyə
və türkdilli dövlətləri təmsil edənlərdən:
Türkiyə Böyük Millət Məclisi; Türk PA;
Türkiyə Yüksək Seçim Kurumu; Türk
Şurası daxil idi.
Bütövlükdə prezident seçkisini 100 ölkədən
1400-ə qədər müşahidəçi izləyirdi. Bu ölkələr də
bütün dünyanı əhatə edirdi:
ABŞ-123
nəfər; Rusiya-243 nəfər; Almaniya-84 nəfər;
Fransa-53 nəfər; Böyük Britaniya-32 nəfər;
İtaliya-28 nəfər; Belçika-25 nəfər; İspaniya-23
nəfər; İsveç-19 nəfər; İrlandiya-18 nəfər;
Norveç-18 nəfər; Polşa-18 nəfər; Avstriya-14 nəfər
və s.
Və beləcə Asiya, Afrika, Amerika qitəsinin
aparıcı ölkələri bu sıradadırlar.
Daha bir mühüm məqam isə 35 xarici KİV-i təmsil
edən 102 jurnalistin seçkinin gedişini
işıqlandırması üçün akkreditasiyadan
keçməsidir. Onların sırasında TRT, Bloomberg News, BBC, Reutres,
Associates Press, Almaniyanın ARD kanalı və s. KİV-lər
var idi. Bütün bu sadalananlar seçkidə şəffaflığın
təmin edilməsi üçün siyasi iradənin və
özünə arxayınlığın göstəricisidir. Barmaqların rənglənməsi və yoxlanması
isə karusel adlanan mexanizmi - yəni bir nəfərin iki və
daha artıq dəfə səs verməsini istisna edən
amildir.
Nəhayət,
seçkinin şəffaflığını təmin edən
bütün dünyada populyar olan və daha bir qayda olaraq
müşahidəçilərin də istinad etdikləri
"exit-poll"un keçirilməsi idi.
"ELS", "Rəy", "Proqnoz" adlanan 3 yerli təşkilatın
və ABŞ-dan olan Arthur J.Fenkelşteyn və Assosiasiyalar
şirkəti ilə Fransadan olan "Opinion Way" təşkilatının
iştirakı idi.
Seçki prosesində diqqəti cəlb edən
mühüm məqamlardan biri də seçicilərin
günün birinci yarısındakı fəallığı
oldu. Saat 10-na
qədər 18,22%, 12-dək 36,81%, 15-dək
58,05%, 17-dək isə 66,85% səs verilmişdi. Bütövlükdə isə gün ərzində
seçicilərin 72%-dən çoxu seçkidə
iştirak etdilər.
Saat 19.30-20.00 aralığında "exit-poll"
keçirmiş təşkilatların sorğularının nəticələri
açıqlandı. Onlar belə idi:
ABŞ-ın
"Arthur J.Finkelşteyin and Associates" şirkəti
Əliyev
İlham - 82,7%, Ağazadə İqbal - 1,6%, Əlizadə Araz
- 1,2%, Hacıyev Hafiz - 0,7%, Həsənquliyev Qüdrət -
1,7%, Həsənli Cəmil - 8,8%, İsmayılov İlyas -
0,9%, Quliyev Fərəc - 0,9%, Məmmədov Sərdar -0,6 %,
Oruc Zahid - 0,9%.
Fransanın
"OpinionWay"
tədqiqat institutu
Əliyev
İlham - 82,8%, Ağazadə İqbal - 1,7%, Əlizadə Araz
- 0,5%, Hacıyev Hafiz - 0,4%, Həsənli Cəmil - 9,3%, Həsənquliyev
Qüdrət - 2,9%, İsmayılov İlyas - 0,5%, Məmmədov
Sərdar - 0,6%, Oruc Zahid - 0,7%, Quliyev Fərəc - 0,6%.
"Rəy"
monitorinq mərkəzi
Əliyev
İlham - 81,4%, Ağazadə İqbal - 1,4%, Əlizadə Araz
- 0,7%, Hacıyev Hafiz - 0,3%, Həsənli Cəmil - 9,1%, Həsənquliyev
Qüdrət - 0,3%, İsmayılov İlyas - 0,3%, Məmmədov
Sərdar - 0,2%, Oruc Zahid - 0,3%, Quliyev Fərəc - 0,2%.
"Els"
müstəqil
araşdırma mərkəzi
Əliyev
İlham - 80,8%, Ağazadə İqbal - 1,88%, Əlizadə
Araz - 0,72%, Hacıyev Hafiz - 0,43%, Həsənli Cəmil -
10,55%, Həsənquliyev Qüdrət - 2,81%, İsmayılov
İlyas - 0,65%, Məmmədov Sərdar - 0,63%, Oruc Zahid - 0,65%,
Quliyev Fərəc - 0,88%,
"Proqnoz"
müstəqil sosioloji tədqiqatlar mərkəzi
Əliyev
İlham - 83,89%, Ağazadə İqbal - 1,88%, Əlizadə
Araz - 0,71%, Hacıyev Hafiz - 0,79%, Həsənli Cəmil - 8,2%,
Həsənquliyev Qüdrət - 1,3%, İsmayılov İlyas
- 0,95%, Məmmədov Sərdar - 0,67%, Oruc Zahid - 0,98%, Quliyev Fərəc
- 0,63%.
Beləliklə, "exit-poll" keçirmiş
bütün 5 təşkilatın nəticələri
kiçik fərqlərlə demək olar ki, üst-üstə
düşürdü.
Mərkəzi
Seçki Komissiyasının elan etdiyi nəticələr də
xarici və yerli şirkətlərin "exit-poll" nəticələrindən
demək olar ki, fərqlənmirdi:
İlham
Əliyev - 84,55%
Həsənli
Cəmil - 5,53%
Ağa-zadə
İqbal - 2,40%
Həsənquliyev
Qüdrət - 1,99%
Oruc Zahid
- 1,45%
İsmayılov
İlyas - 1,07%
Əlizadə
Araz - 0,87%
Quliyev Fərəc
- 0,86%
Hacıyev
Hafiz -0,66%
Məmmədov
Sərdar - 0,61%
Yalnız bir qurumdan başqa bütün beynəlxalq təşkilatlar
seçkini azad və ədalətli kimi dəyərləndirdi. Bunlar:
- Avropa
Şurası Parlament Assambleyası; Avropa Parlamenti; ATƏT-in Parlament Assambleyası;
QDİƏT; Türk PA; İDEES (Belçika); Ədalətli
Seçkilər Uğrunda Beynəlxalq Təşkilat; MDB;
GUAM; Türk Şurası; Mərmərə Qrupu; Baltik
Assambleyası və s.
Məhz bu beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş
prezident seçkilərini azad, şəffaf və ədalətli
adlandırdılar.
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və
Avropa Parlamentinin (AP) Azərbaycanda prezident seçkilərini
müşahidə etmiş nümayəndə heyətinin təmsilçiləri
birgə bəyanatla çıxış etdilər. AŞ PA nümayəndə
heyətinin rəhbəri Robert Volter qeyd etdi ki, Avropa Şurasının
Parlament Assambleyası Azərbaycanda gedən prosesləri,
burada baş verən hadisələri yaxından izləyir. Bu qurumda Avropanın müxtəlif ölkələrindən
siyasətçilər təmsil olunurlar. Onlar
azad, müstəqil müzakirələr aparır, hesabatlar
hazırlayır, qərarlar qəbul edirlər.
AŞ
PA-nın təmsilçisi vurğulamışdır ki, hər
iki qurumun müşahidə missiyasının üzvləri səslərin
sayılması prosesində də iştirak ediblər və heç bir qanun
pozuntusuna rast gəlməyiblər.
Avropa
Parlamentinin müşahidə missiyaının rəhbəri
Pino Arlakki qeyd etdi ki, AŞ PA və Avropa Parlamentinin
müşahidə missiyaları hesab edirlər ki, Azərbaycanda
seçki prosesi azad, ədalətli və şəffaf
keçirilib. Arlakki bildirdi ki, onlar apardıqları
müşahidələr nəticəsində seçkinin dinc
şəraitdə keçdiyinin şahidi olublar. Səsvermə məntəqələrində polisin
nümayəndələrinə rast gəlinməyib, eyni
zamanda, seçicilərə qarşı hər hansı təzyiq
faktı müşahidə edilməyib. Onlar Azərbaycan hökumətinin
yaratdığı hər bir şəraiti yüksək dəyərləndirdilər.
Azərbaycana
100 ölkədən gəlmiş 1300-ə qədər müşahidəçi də
seçkilərin azad və ədalətli olduğunu bəyan
ediblər. Onların sırasında deputatlar, senatorlar, lordlar
palatası üzvləri, müstəqil müşahidəçilər
var.
Məsələn,
ABŞ müşahidə missiyasının üzvü Maykl
MAKMAHON demişdir:
"Azərbaycanda seçkilər ədalətli, azad və
şəffaf, eləcə də beynəlxalq standartlara
uyğun keçirilmişdir. Seçkilərin təşkili
və səsvermə ilə bağlı siyasi partiyaların
nümayəndələrinin, prezidentliyə namizədlərin
təmsilçiləri, müşahidəçilərlə
söhbətlər aparmışıq. Onlar
da seçkilərin gedişindən
razılıqlarını bildirmişlər. Müşahidə zamanı biz seçicilərin səsvermə
zamanı şəxsiyyətini təsdiq edən sənədi
təqdim edərək bülleten götürməsinin,
barmaqların xüsusi mürəkkəblə rənglənməsinin,
eləcə də seçici fəallığının
şahidi olduq. Ona görə də deyə
bilərik ki, seçkilər ədalətli, azad və şəffaf,
eləcə də beynəlxalq standartlara uyğun
keçirilmişdir".
İndi
isə avropalı müşahidəçilərin seçki
ilə bağlı rəyləri ilə tanış
olaq.
AŞ
PA-nın keçmiş finlandiyalı üzvü Makko Laokanen:
"Biz 10-dan artıq (təxminən 11) seçki məntəqəsində
müşahidə apardıq və seçici fəallığının
çox yüksək olduğunun şahidi olduq. Səsvermə
texniki cəhətdən də çox yaxşı təşkil
olunmuşdu və bir sıra müxtəlif partiyalardan
müşahidəçilərin olması o deməkdir ki, seçkilər
həqiqətən nəzarət altındadır və
seçkilərin müşahidəsi yüksək səviyyədə
keçirilir, yəni, seçkilər özü şəffaf
və ədalətli keçir".
AŞ PA
və Finlandiya Parlamentinin hazırkı üzvü Jakko Laakso:
"Xüsusilə seçki hazırlıqları ilə
bağlı demək istərdim ki, seçki
hazırlıqları çox şəffafdır. Müxalifət
partiyalarının daha çox iştirakını və
seçkilərin ümumilikdə daha yaxşı təşkil
olunduğunu bildirmək istərdim".
Bolqarıstan
MSK-nın sədr müavini Mariya Misirliyeva:
"Hər şey tamamilə şəffaf idi. Biz gedəcəyimiz
seçki məntəqələrinin siyahısını əvvəlcədən
verməmişdik, yəni təsadüfi məntəqələr
seçib müşahidə aparırdıq. Bütün məntəqələrə heç bir
maneə ilə qarşılaşmadan daxil olduq - tamamilə
şəffaflıq var idi. Dərhal nəzərə
çarpırdı ki, demokratik proses gedir. Mən
olduğum 4 məntəqədə məhz bunu müşahidə
etdim. Nəsə qeyri-adi, normalara uyğun
olmayan bir şeyə rast gəlmədim, hər şey öz
qaydasında idi".
AŞ PA
və İrlandiya Parlamentinin hazırki üzvü Terans
Flaraqan:
"İlk və daha sonra getdiyimiz məntəqələrdə
kifayət qədər yaxşı proseslərlə
qarşılaşdıq. Ümumiyyətlə,
seçki məntəqələrində hər şey
qaydasında idi, istər insanların gəlməsi, iradəsi
olsun, istərsə də başqa şeylər. Lakin
xırda, cüzi qanunauyğunsuzluqlar var idi: insanlar bəzən
səhvən öz şəxsiyyət vəsiqələrini
unudurdular, bəzən lazım olmadığı seçki məntəqəsində
olurdular və yaxud insanlar mayeni yoxlamaqda bir az
gecikirdilər. Ümumiyyətlə, insan səhvləri
baş verə bilər, amma seçki prosesinin özündən
kifayət qədər razı qaldım".
Türkiyəli müşahidəçilər də
avropalılarla həmfikirdilər.
"Mərmərə
qrupu"nun başçısı Akkan Süver:
"Seçim mərkəzlərində gördüklərimiz
hər şeyin üzərində bir etimaddır, bir məsuliyyətdir. İnsanlar bir
araya gəldilər, növbələrə durdular, səbirlə
növbələrinin çatmalarını gözləyirdilər.
Müxtəlif adamlardan soruşduq ki: "Hər hansı bir
şikayətiniz varmı? Bizə söyləmək
istədiyiniz bir şey varmı? Özəl
və ya qeyri-rəsmi olaraq paylaşmaq istədiyiniz bir
şeylər varmı?" Heç birisindən
negativ, tərs bir söz eşitmədik. Bu,
bizim gürurumuz oldu".
"Mərmərə
qrupu"nun üzvü Kenan Akın:
"Prezidentimizin (İlham Əliyevi nəzərdə
tutur - İ.M.), Prezidentimiz deyirik, çünki bizim də
prezidentimiz sayılır, əslındə, birinci seçkilərdə
müşahidəçi olarak iştirak etmişdim. Sınaq o idi əslındə.
O addımdan sonra demokratiya yolunda irəliləmələr
başlanmışdı və bu an
yoxuş tamamilə çıxılmış
durumdadır".
"Mərmərə
qrupu"nun üzvü Şamil Ayrum:
"Olduğumuz məntəqələrdə - təxminən
50-60 məntəqədə olduq, bu məntəqələrdə
bir etiraz olmadı, bir yüksək səs eşitmədik. Bunlar
seçimlərdə çox önəmli idi. Xaricilərlə söhbətimizdə onlar da bizimlə
eyni düşüncələrini paylaşdılar. Azərbaycan xalqı bu gün məntəqəyə
gedərək sülhə, sabitliyə, inkişafa səs
verdilər".
"Mərmərə
qrupu"nun üzvü İlhan Aküzüm:
"Mən çox seçim yaşadım. 20 ilə
yaxın millət vəkili oldum. Çox
seçkilərə qatıldım. Türkiyədəki
seçimlərdən heç bir fərqi olmayan seçimlər
gördüm və çox şad oldum. Mənim təsbitim
bu: sanki vətəndaş Azərbaycan dövlətinin, Azərbaycan
hökumətinin onun üçün etdiklərinin əvəzini
ödəmək üçün məntəqəyə gəldi
və orada səs verməklə dəstək oldu".
"Ədalətli
seçki uğrunda" təşkilatının nümayəndəsi
Sergey Mirzoyev:
"Bizim təşkilatımız 40 ildir ki, təşkilatlarda,
həmçinin seçki prosesində, seçki günlərində
iştirak edir.
Həmçinin bu gün də prosesi izləyən
nümayəndə olaraq, qeyd etmək istəyirəm ki,
seçki prosesi çox aydın, çox təqdirəlayiq
keçdi. Heç bir neqativ, xoşagəlməz
hal ilə rastlaşmadım".
"Ədalətli
seçki uğrunda" təşkilatının nümayəndəsi
Marks Strozevs:
"Mən də bir çox ölkələrdə
keçirilən seçkilərdə iştirak etmişəm
və bunları nəzərə alaraq deyə bilərəm
ki, bugünkü seçki prosesi də çox sakit, çox
aydın bir şəkildə keçdi. Seçicilər
gəlib yaxınlaşırdı, seçki vərəqələrini
götürürdü, 1-2 dəqiqə ərzində lazımi
sənədləri doldururdular və səsvermə prosesini
çox sakit, aydın, rahat bir şəkildə başa
vururdular".
Azərbaycanda
oktyabrın 9-da keçirilmiş prezident seçkilərində
xüsusi vurğulanmalı olan 4 məqam var:
-
Seçicilərin yüksək fəallığı;
- Xarici
müşahidəçilərin çoxluğu və
bütün dünyanı əhatə etməsi;
- 5
"exit-poll"un nəticələrinin
bir-biri ilə və onların da nəticələrinin
MSK-nın elan etdiyi nəticələrlə demək olar ki,
üst-üstə düşməsi;
- Xarici
müşahidəçilərin 90%-nin seçkinin azad və
ədalətli keçdiyini bəyan etməsi.
Əhali seçki prosesinə münasibətini axşam
saatlarında küçəyə çıxaraq ifadə
etdi.
"Avronyus" da daxil olmaqla Avropa, Türkiyə və
MDB-nin teliviziya kanalları da Azərbaycandakı seçkilərə
dair reportajlar verdilər.
Ancaq
ATƏT-in DTİHB-i Azərbaycandakı seçkilərlə
bağlı gözlənilməz bəyanat verdi.
Yəni həm xarici müşahidəçilər,
o cümlədən ATƏT-in müşahidə qrupunun
üzvlərinin də, yerli müşahidəçilərin
də təəccübünə səbəb olmuş rəy
açıqladı. Beləki, artıq yuxarıda
sadaladığımız beynəlxalq təşkilatlar Avropa
Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT-in
Parlament Assambleyası, QDİƏT, Türk PA, İDEES
(Belçika), Ədalətli Seçkilər Uğrunda Beynəlxalq
Təşkilat, MDB, GUAM, Türk Şurası, Mərmərə
Qrupu, Baltik Assambleyası, yəni 1.500-dək xarici
müşahidəçi, iki xarici və 3 yerli
"exit-poll" təşkilatları seçkinin azad, şəffaf
və ədalətli keçdiyini bildirdi. Yalnız
ATƏT-in DTİHB-i seçki pozuntularını
müşahidə etdiyini söyləyir. Ən
maraqlı məqam isə odur ki, ATƏT-in DTİHB-i
özünü nəinki yuxarıda sadalanmış təşkilatlar
və 1.500-dək xarici müşahidəçi ilə
üz-üzə qoyub, həm də bir tərəfdən
müşahidə qrupunun daxilində, o biri tərəfdən
isə bütövlükdə ATƏT daxilində də
mövqelərin parçalanmasına səbəb olub. Məsələn, ATƏT-in fəaliyyətdə
olan sədri Leonid Kojera seçkinin azad və ədalətli
keçdiyini bəyan edib. ATƏT-in
baş katibi Lamberti seçkinin ədalətli olmasını
xüsusi bəyanatla təsdiqləyib. ATƏT-in
müşahidə qrupunun üzvü Aleksandr Stoyan isə
müsahibə verərək DTİHB-nin elan edilmiş bəyanatının
müşahidə qrupunun mövqeyini ifadə etmədiyini və
gizli şəkildə hazırlandığını ifşa
etdi. ATƏT-in müşahidə qrupunun üzvü
Aleksandr Stoyan: "Mən
müşahidə komissiyasından olan həmkarlarımla 10
seçki məntəqəsində oldum, bir çox adamlarla
söhbət etdim. 10 nəfərdən 9-u
İlham Əliyevə səs verdiklərini bildirirdilər.
Mən müşahidəçilərlə də
söhbətlər apardım. Demək olar
bütün siyasi partiyaların üzvlərindən ibarət
müşahidəçiləri gördükdə
sözün yaxşı mənasında, təəccübləndim.
Sıravi vətəndaşların da
müşahidəçi olduğunun şahidi oldum.
Biz həm
seçki məntəqələrinin açılması, həm
iş getdiyi müddətdə, həm də
bağlanış zamanı müşahidələrimizi davam
etdirdik. Hesabat tərtib etdik. Bu gün səhər
müşahidə qrupumuzun rəhbəri cənab Mişel
Vuazen iclas keçirdikdə biz hamımız - 14 ölkə təmsilçiləri,
çıxış edənlərin hamısı bir nəfər
kimi müsbət rəy verdi və ən əsası,
cənab Vuazen özü də müsbət rəy
vermişdi. O dedi: "Biz proqresin olduğunu
görürük, hansısa mühüm pozuntunun şahidi
olmadım". Biz əmin idik ki, cənab Vuazen
burada, səhərki iclasda hər birimizin verdiyi müsbət rəyi
səsləndirəcək. İndi bu
arqumentləri eşitdikdə çox təəccübləndim.
Axı o, bu faktları haradan götürdü?
Ya kimsə ona bu faktları təqdim edib, ya da
özü uydurub. Mən qəti olaraq bildirirəm ki,
buradakı bəyanatla razı deyiləm! Hesab
edirəm ki, seçkilər demokratik keçib - seçici fəallığı
olması şərtilə çox yüksək səviyyədə
keçib".
ATƏT-in
qısamüddətli müşahidə missiyasının rəhbəri
Mişel Vuazen də bizə verdiyi müsahibədə
seçkilərin nəticələrinin
tanındığını vurğulayır: "Parlament
Assambleyası seçkilərin nəticələrini
tanıyır və onu tanımaya da bilməz. Çünki
bu, Azərbaycan xalqının suverenliyinə müdaxilə
olar. Azərbaycan xalqının suverenliyinə
hörmətlə yanaşıram. ATƏT-in
Parlament Assambleyası seçkilərin nəticələrini
tanıyır".
Beləliklə, qəribə mənzərə
alınır.
ATƏT DTİHB -in elan etdiyi bəyanatdan qrupun rəhbəri
Mişel Vuazen və qrupun üzvü Aleksandr Stoyan imtina edirlər.
ATƏT-in sədri və baş katibi də bu bəyanatdan
fərqli olaraq seçkini müsbət qiymətləndirən
bəyanatla çıxış edirlər. Ortada bütün ATƏT-in imtina etdiyi sahibsiz bir mətn
qalır. Və qəribədir ki, ABŞ
Dövlət Departamenti bu sahibsiz bəyanata istinad edir. Yəni
ABŞ Dövlət Departamenti də ATƏT sədrinin,
baş katibinin, amerikalı müşahidəçilərin də
daxil olduğu 1.500-dək xarici müşahidəçinin,
"exit-poll"arın və rəsmi orqan olan Azərbaycan
Respublikası MSK-nın deyil, seçkini izləmiş xarici
müşahidəçilərin 90%-nin deyil, praktik olaraq
sahibsiz qalmış ATƏT DTİHB-nin müəmmalı bəyanatına
istinad edir. 90%-in deyil, qeyri-müəyyən 10
%-in rəyini əsas götürür. Müstəqil
qurum və şəxslərin deyil, konkret dövlətlərin
maraqlarına xidmət edənlərin rəyinə istinad edir.
Azərbaycan tərəfinin məsələyə
rəsmi reaksiyaları oldu.
Beləlilklə, ATƏT-in DTİHB-nun bəyanatı ilə
müstəqil müşahidəçilərin bəyanatları
bir-birindən fərqlənir. Eyni zamanda Ermənistan
və Azərbaycana fərqli yanaşmalar özünü
büruzə verir. Yəni Ermənistan
üçün ATƏT-in bir standartı, Azərbaycan
üçün başqa, daha sərt standartı var. Məsələn,
Ermənistanda elə həmin bu 2013-cü ildə
keçirilmiş prezident seçkilərində 8 namizəddən
heç biri qadın deyildi. Amma "namizədlər
arasında qadın yoxdur" iradı Ermənistana bildirilməmişdi.
Ermənistanda
namizədi güllələdilər, amma bu yekun
qiymətləndirmədə öz ifadəsini tapmadı. Yəni, Azərbaycanda indiyə qədədr
heç bir ölkə üçün irad kimi göstərilməmiş
bir irad, "qadın namizədin olmaması" bəyanatda
öz əksini tapıb. Ermənistanda isə namizədin
güllələnməsi əksini tapmayıb! Bundan
əlavə Azərbaycandakı seçkilərə dair
ATƏT DTİHB-nin hesabatında "namizədlərə və
seçicilərə hədə-qorxu gəlinməsi
halları" qeyd edilib. Və həm də
qeyri-müəyyən, "etibarlı mənbəyə"
istinad edilir. Yəni burada iki məqam var.
Birinci məqam odur ki, Azərbaycanda guya namizədə hədə-qorxu
gəlindiyi hesabata salınır. Ermənistanda
isə hədə-qorxu gələndən sonra hətta
güllələyiblər, amma bu hesabata
salınmamışdı. Bu adi gözlə
görünən qərəzdir. Namizədlərə və
seçicilərə hədə-qorxu gəlinməsi haqda
iddianın "etibarlı mənbəyə" istinadən
verilməsi isə o deməkdir, bu hədə qorxunun konkret
heç kim şahidi olmayıb və o
anonimdir.
Bu fərqli yanaşma ilə ATƏT DTHİB praktik olaraq
Ermənistanda faşist rejimini dəstəkləyir və
onları işğal siyasətini davam etdirmək
üçün şirnikləndirir. Ona görə ki, Azərbaycanda neft
və qaz var, Azərbaycanda alıcılıq qabiliyyəti
yüksək olan bazar var və nəhayət, Azərbaycanın
gələcəkdə daha da güclənmək potensialı
var. Ona görə də Ermənistandan və seçki
demoqogiyasından istifadə etməyə
çalışırlar ki, pressinq altında saxlasınlar. Artıq bu məsələdə kimisə təəccübləndirmək
mümkünsüzdür.
Mənzərə
belədir: AŞ PA və Avropa Parlamentindən olan
müşahidəçilər və daha yüzlərlə
xarici müşahidəçi, xarici müşahidəçilərin
90%-i seçki pozuntuları ilə rastlaşmayıblar. Yalnız ATƏT DTİHB qanun pozuntusu ilə
rastlaşıb. Qəribədir ki, 1500 xarici
müşahidəçinin və onlarla başqa təşkilatların
təmsilçiləri görməyib, yalnız bir qurum
görüb. Müstəqil müşahidəçilər
görməyib, amma xarici dövlətlərin maraqları ilə
birbaşa əlaqəli olanlar görüblər? Məqsəd təbii ki, süni təzyiq
rıçaqı yaratmaqdır.
İkinci
məqam: ATƏT-in rəyində Azərbaycanda ən azı
10 il yaşamaq tələbi məhdudlaşdırıcı
məqam kimi göstərilib. Halbuki, xeyli Avropa ölkələrində
və ABŞ-da həmin ölkələrdə doğulmayanlar
ümumiyyətlə prezidentliyə namizəd ola
bilməzlər. Əgər bu standartdırsa niyə
hamı üçün deyil, yalnız Azərbaycan
üçün çatışmazlıq kimi göstərilir?
Təbliğat kampaniyasının 22-23 gün olması mənfi
hal kimi qeyd edilib.
-
Seçki kampaniyasının müddəti ölkənin
coğrafi miqyası ilə uyğunlaşdırılır. Yəni ABŞ kimi coğrafi miqyası böyük olan
ölkədə partiya namizədini avqustda müəyyənləşdirir.
Noyabrın əvvəlində isə seçki
keçirilir. Yəni real namizədin
kampaniya üçün 3 ay vaxtı qalır.
Xatırladaq ki, ABŞ-ın əhalisi Azərbaycan əhalisindən
40 dəfə artıq, ərazisi isə 100 dəfədən
də böyükdür. 9 518 900 kvadrat kilometr ərazidə
313 milyon əhali arasında seçki kampaniyası 3 ay ərzində
aparılır. Ondan 100 dəfə az olan - 86.6 min
kvadratkilometr ərazidə və ondan 40 dəfə az və -
9 milyon 300 min əhalinin olduğu ölkədə isə 23
gün təbliğat kampaniyası aparılır. İndi nisbəti hər kəs özü hesablaya
bilər.
Başqa tərəfdən, ATƏT-in hesabatında
xırda məqamlar misal kimi gətirilir. Amma
"exit-poll" keçirmiş 5 təşkilatın elan
etdiyi nəticələr nəzərə alınmır.
Halbuki, 2005-ci ilə qədər Azərbaycanda
"exit-poll" tətbiq edilmədiyi zamanlarda məhz
"exit-poll"un müstəqil etibarlı mənbə kimi
seçkidə ilk növbədə nəzərə
alınmalı amil olduğunu iddia edirdilər. İndi
"exit-poll" da, onun nəticələri də var. Amma
artıq bu onlar üçün ilk növbədə nəzərə
alınmalı faktor deyil! Görünür
siyasi məqsədlərinə sərf eləmir.
Qadın namizəd və qadınların seçki administrasiyasında iştirakı ilə bağlı. ATƏT-in artıq sahibsiz qalmış hesabatında deyilir: "Prezidentliyə namizədliyi irəli sürülmüş şəxslər arasında qadınlar yoxdur. Seçki administrasiyasının bütün səviyyələrində qadınlar kifayət qədər az təmsil olunurlar və seçki günü bu hal MSK səviyyəsində müşahidə olunmuşdur".
Bu hətta belə olsa da, hüquqi irad sayıla bilməz. Ona görə ki, Azərbaycanda qadınların siyasi azadlığının hüquqi təsbitinin tarixi Avropanın xeyli ölkələrindən daha uzağa gedir. Fakta gəldikdə isə xarici müşahidəçilər bu məqam haqda başqa mənzərə müşahidə ediblər.
"Mərmərə qrupu"nun başçısı Akkan Süver: "Qadınlarımızı gördük, gəlinlərimizi gördük. Kişilərdən daha çox, məntəqədə qutulara sahib çıxan xanımlar, gənç qızlarımız vardı. Müşahidəçiləri gördük: onların sırasında gənç qızlarımızı gördük. Onların fəaliyyəti kişilərdən çox artıq idi. Bunlar da bizə bir qürur verdi".
Fatih Saracoğlu - "Mərmərə qrupu"nun üzvü: "Sevgili başkanımın dediyi kimi, xanımların çoxluğu, masalara sahibliyi, gözləmcilərin içindəki xanımların sayının yüksəkliyi - her şey çox gözəl idi".
Beləliklə, bütün bu prosesdən çıxan nəticələr bunlardır:
Seçki baş tutub və o demokratik, azad və şəffaf şəkildə keçirilib. Biz özümüzə də, dünyaya da, demokratik seçki keçirə bildiyimizi sübut etdik.
İbrahim
MƏMMƏDOV,
"Azteleradio"
QSC-nin sədr müavini
Azərbaycan.-2013.- 15 oktyabr.- S. 5.