Vyanada sərgi
Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc rəssam İslam Həsənəlizadənin rəssamlıq və heykəltəraşlıq əsərindən ibarət sərgi açılıb.
Mədəniyyət Mərkəzində ilk dəfə təşkil olunan bu sərgidə gənc rəssamın əsərlərinə yer verilməsi təsadüfi deyil. Mərkəzin məqsədi azərbaycanlı gənc rəssamları Avstriya ictimaiyyətinə tanıtmaq, incəsənətimizi Avropaya təqdim etməkdir. Qeyd edək ki, İslam Həsənəlizadənin əsərləri bu sərgidən öncə Rusiya, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, Gürcüstan və başqa ölkələrdə də nümayiş olunub. Gənc rəssamın Vyanada təşkil olunan ilk fərdi sərgisi maraqla qarşılanıb.
Tədbirdə Avstriya parlamentinin deputatları, hökumət təmsilçiləri, Vyanaya akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız və sənətsevərlər iştirak edirdilər.
Vyanada
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzi açıldığı qısa müddət
ərzində bir-birindən maraqlı tədbirlər təşkil etməklə
milli mədəniyyətimizin Avropada tanıdılmasında
mühüm işlər görür.
Azərbaycan.-2013.- 15 oktyabr.- S.10.