Azərbaycan filmləri Braziliyada

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və respublikamızın Braziliyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə milli filmlərimizin nümayişi təşkil edilib.

Braziliyanın müxtəlif şəhərlərində nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", tədbirlər "Girov", "İlahi məxluq", "Niyyət" filmləri, həmçinin digər videomateriallar əsasında hazırlanmış proqramlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Qarabağ münaqişəsindən bəhs edən "Girov" bədii filmi üç şəhərdə nümayiş olunub.

Braziliyanın tanınmış mətbuat orqanları Azərbaycan filmləri haqqında geniş və ətraflı məqalə dərc etməklə bərabər "Azərbaycan Avrasiyanın ürəyində" adlı buklet də hazırlanıb. Bu ölkədə mədəniyyətimizin təbliği istiqamətində aparılan işlər davam edir.

 

Azərbaycan.-2013.- 15 oktyabr.- S.10.