Gənclər və idman naziri Beyləqanda vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 14-də gənclər və idman naziri Azad Rəhimov Beyləqan, İmişli, Ağcabədi və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 30-a yaxın vətəndaş iştirak etmişdir. Vətəndaşlar əsasən güzəştli ipoteka kreditinin verilməsi, rayonlarda gənclər mərkəzlərinin, yeni zalların və meydançaların inşası, stadionların təmiri, idman avadanlığı ilə təminat, gənclərlə sahəsində qeyri-hökumət təşkilatlarının yaradılmasına dəstək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditin verilməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.

Vətəndaşların müraciətlərindən bəziləri yerindəcə öz həllini tapmış, digər məsələlərin araşdırılaraq müsbət həlli üçün müvafiq tapşırıqlar verilmişdir.

 

Azərbaycan.-2013.- 15 oktyabr.- S.16.