Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Yenidən
Azərbaycan Respublikasının Prezidenti
seçilməyiniz münasibətilə Serbiya
Respublikasının xalqı adından və şəxsən
öz adımdan səmimi təbriklərimi,
ölkənizin tərəqqisi və xalqınızın
rifahı naminə ən yaxşı arzularımı
zati-alinizə çatdırmaqdan məmnunam.
Xalqlarımız
arasında ənənəvi dostluq,
qarşılıqlı dəstək və anlayışa əsaslanan
hərtərəfli əlaqələr barədə bu il Bakıda etdiyimiz söhbətlər məndə belə
bir əminlik yaratmışdır ki, bütün sahələrdə
qarşılıqlı faydalı əməkdaşlığımızı inkişaf
etdirmək üçün bu əlaqələrimizi uğurla
davam etdirəcəyik.
Cənab Prezident, fürsətdən istifadə edərək
Sizə ali dövləti vəzifənizdə
uğurlar və xoşbəxtlik
arzulayır, sonsuz ehtiramımı qəbul
etməyinizi xahiş edirəm.
Tomislav NİKOLİÇ,
Serbiya Respublikasının Prezidenti
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.1.