Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə  seçilməyiniz münasibətilə Sizi Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz respublika vətəndaşları arasında  yüksək nüfuzunuzu, iqtisadiyyatda, sosial sahədə Sizin tərəfinizdən həyata keçirilən dəyişikliklərin uğurlu olduğunu göstərir. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin Azərbaycan Respublikasının  Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da səmərəli  olacaq və Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin  yaxşılaşdırılmasına, xarici siyasi aləmdə dövlətin  mövqelərinin  möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə səmimi-qəlbdən cansağlığı, bütün işlərdə uğurlar arzulayıram.

 

Hörmətlə,

Rəşid TEMREZOV,

Qaraçay-Çərkəz Respublikasının başçısı

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.