Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Sizi prezident seçkilərində
qələbə münasibətilə təbrik edirəm.
Seçki kampaniyası bir daha təsdiq etmişdir ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə,
irimiqyaslı sənaye və infrastruktur
layihələrinin həyata keçirilməsinə yönəlmiş
xəttinizi tamamilə dəstəkləyirlər.
Biz ənənəvi Rusiya-Azərbaycan dostluq
münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək
qiymətləndiririk. Əminəm
ki, səmərəli ikitərəfli əməkdaşlığın
daha da genişləndirilməsi
Rusiya və Azərbaycan xalqlarının köklü
maraqlarına tam mənada cavab verir.
Hörmətli İlham Heydər oğlu,
Sizə məsul fəaliyyətinizdə yeni
uğurlar, möhkəm
cansağlığı və firavanlıq arzulayıram.
Hörmətlə,
Dmitri MEDVEDEV,
Rusiya Federasiyası Hökumətinin sədri
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.1.