Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab
Prezident, əziz dostum!
Monteneqro Hökuməti və şəxsən öz adımdan Sizi yenidən
Azərbaycan Respublikasının Prezidenti
seçilməyiniz münasibətilə səmimi-qəlbdən
təbrik etməkdən məmnunluq duyur və
Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar
arzulayıram.
Azərbaycan
vətəndaşlarının Sizə yenidən yüksək
etimad göstərməsi ölkənizin
hazırkı və inanıram ki, gələcək
sosial və iqtisadi
inkişafına, tərəqqisinə qiymətin və dəstəyin
təzahürüdür.
Əminəm
ki, yeni ideya və təşəbbüslər Azərbaycan
və Monteneqro arasında bütün
səviyyələrdə artıq mövcud
olan səmərəli əməkdaşlığın
qarşılıqlı maraq doğuran sahələrdə uğurlu
inkişafı üçün yeni imkanlar açacaq
və əlavə təkan verəcəkdir.
Cənab Prezident, uğurlu işlərinizin
davamlı olmasını səmimiyyətlə arzulayaraq,
yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Milo
DUKANOVİÇ,
Monteneqro
Respublikasının Baş
naziri
Azərbaycan.- 2013.- 13 oktyabr.-
S.1.