Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Respublika vətəndaşlarının göstərdiyi etimad Sizin yüksək nüfuzunuzu və  Azərbaycanın inkişafında şəxsi xidmətlərinizi, dünya dövlətləri birliyində ölkənizin mövqelərinin möhkəmləndiyini təsdiq edir.

Sizi əmin edirik ki, səmimi  dostluğa, Azərbaycan ilə Şimali Osetiya arasında  təşəkkül tapmış səmərəli əməkdaşlığı davam etdirməyə hazırıq.

Sizə cansağlığı, xoşbəxtlik və  Azərbaycan Respublikasının  çiçəklənməsinə yönəlmiş bütün işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Taymuraz Mamsurov,

 

Şimali Osetiya-Alaniya Respublikasının başçısı

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.