Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

İlk növbədə, icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırım.

Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olmuşdur.

Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Dərin hörmətlə,

 

Jan Mari BOKEL,

 

Senator, Fransa Senatının Avropa Şurası Parlament

Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.