Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.

Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqundini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaqdır.

BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir.

Zati-aliləri, Sizə bir daha yeni prezidentlik müddətində fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi çatdırıram.

Dərin hörmətlə,

 

Nasser Abdüləziz Al-Nassir

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.