Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu!
Mən Moskvaya qayıdandan sonra Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
bir daha ürəkdən təbrik etmək
istərdim.
Sizin prezident seçkilərində
inamlı qələbəniz məqsədyönlü şəkildə
həyata keçirdiyiniz siyasi
xəttin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin
parlaq nümayişidir.
Azərbaycan yaxın
və uzaq xaricdə haqlı olaraq nüfuz sahibidir, onun beynəlxalq
aləmdə fəallığı və rolu
durmadan artır.
Bizim bu yaxınlarda
Bakıda açıq və məzmunlu söhbətimizi səmimiyyətlə
xatırlayıram. Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin fəaliyyətinə
Sizin dəstəyinizi yüksək qiymətləndirirəm.
Möhtərəm İlham Heydər oğlu,
Azərbaycan xalqının rifahının yüksəldilməsində
və respublikanın hərtərəfli inkişafında Sizə
səmimi qəlbdən yeni uğurlar, möhkəm
cansağlığı və firavanlıq arzulayıram.
Dərin hörmətlə,
Sergey Lebedev,
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.1.