Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.

Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhünstabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Borut PAHOR,

Sloveniya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-18 oktyabr.-S.1.