Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan təbrik etməyi, Azərbaycan Respublikasının dost xalqına çiçəklənmə, şəxsən Sizə xoşbəxtlik arzulamağı özümə şərəf bilirəm.

Biz səmimi qəlbdən inanırıq ki, xalqlarımızın dostluğu və qarşılıqlı əlaqələri dünyada sülhkonstruktiv əməkdaşlıq naminə hər iki tərəfin mənafeyi baxımından inkişaf etməyə davam edəcəkdir.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayır, Azərbaycan Respublikasının xalqına isə daim tərəqqi, sülhsabitlik diləyirəm.

Hörmətlə,

 

 Jelko KOMŞİÇ,

BosniyaHerseqovina Rəyasət Heyətinin Sədri

Azərbaycan.-2013.-18 oktyabr.-S.1.