Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə Bolqarıstan hökuməti adından və şəxsən öz adımdan Sizi təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Bolqarıstan Azərbaycan ilə mövcud sıx əlaqələri yüksək qiymətləndirir və əmindir ki, bu əlaqələr xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Əminəm ki, birgə səylərimiz vasitəsilə  ənənəvi dost ölkələrimiz arasındakı ikitərəfli siyasi və mədəni dialoqun yüksək səviyyədə olması üçün geniş imkanlar yaradılacaqdır.

Zati-aliləri, bu gözəl fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə səmimi qəlbdən böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Plamen OREŞERSKİ,

Bolqarıstan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-18 oktyabr.-S.1.