Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.

Demokratiyanın və beynəlxalq hüququn bütün normaları çərçivəsində keçirilmiş seçkilər ölkə vətəndaşlarının gözündə Sizin möhkəm nüfuzunuzu, yeritdiyiniz uğurlu daxilixarici siyasətin təntənəsini, respublikanın həyatında xüsusi rolunuzu - əsl dövlət xadimi, müasir milli lider rolunuzu bir daha nümayiş etdirmişdir.

Sizə, ailənizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, sülh və çiçəklənmə, xalqlarımız və dövlətlərimiz arasında tərəqqi və dostluq yolunda yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Lyudmila ŞVETSOVA,

Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin müavini

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.