Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Seçkilərin nəticələri Sizin həyata keçirdiyiniz islahatların Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Prezident seçkilərində qələbəniz dost Azərbaycanın modernləşmə və demokratikləşmə yolunda irəliləyişini davam etdirmək üçün Sizə mandat verir.

Əminəm ki, Sizin  yeni prezidentliyiniz dövründə Bolqarıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişafını davam etdirəcəkdir. Bu gün energetikaiqtisadiyyat sahəsində əlaqələrimiz bizim dostcasına münasibətlərimizin, habelə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin əsasını təşkil edir. Əminəm ki, mədəniyyət, elm və təhsil sahələrində, sosial sahədə, xalqlarımız arasında birbaşa əlaqələrin asanlaşdırılması yolunda hələ istifadə edilməmiş imkanlar vardır.

Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahının yüksəldilməsinə, Bolqarıstan Respublikası ilə ikitərəfli əlaqələrin inkişafına yönəlmiş səylərinizdə uğurlar arzulayıram.

Yeni görüşlərə qədər.

Hörmətlə,

 

 Georgi PIRVANOV,

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.