Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

 

Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyası İcraiyyə Komitəsinin adından səmimi qəlbdən təbrik edirəm.

MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni xalqın Sizə etimadı və ölkənizin sosial inkişafına Sizin şəxsi töhfənizin qiymətləndirilməsi kimi qəbul edir. Bu inkişafda mühüm yer tutan bədən tərbiyəsi və idman proqramlarının Azərbaycan Respublikasında həyata keçirilməsi bütövlükdə Birlik ölkələri məkanına müsbət təsir göstərir.

Biz əminik ki, Sizin MDB-də yüksək mövqeyiniznüfuzunuz 2014-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB ölkələrinin IX Beynəlxalq İdman Oyunlarının uğurla keçirilməsində də, əvvəlki illərdə olduğu kimi, idman təşkilatlarını dəstəkləməyə imkan verəcək, millətin sağlamlığı və xalqlar dostluğunun qorunub saxlanması üzrə səylərinizin real təcəssümü olacaqdır.

Sizə uğurlar diləyir, özünə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı bildiririk.

Hörmətlə,

 

 

Boris ROQATİN,

Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.