Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri, cənab
Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyası və Moldova həmkarlar ittifaqının 450 minlik üzvü adından səmimi təbrikləri bu son dərəcə məsul vəzifədə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, sülh, firavanlıq arzuları ilə birlikdə qəbul edin.
Sizin on il ali dövləti vəzifədə işləməyiniz artıq həm öz həyatınızın, həm də ölkənizin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Sizin müdrik qərarlarınız sayəsində Azərbaycanın müasir simasını formalaşdıran bir sıra çox əhəmiyyətli dəyişikliklər həyata keçirilmişdir.
Moldova Milli Həmkarlar
İttifaqları Konfederasiyasının uzun illər ərzində
sıx əməkdaşlıq etdiyi Azərbaycan həmkarlar
ittifaqlarının fəaliyyətinə həssas münasibətinizə
görə Sizə xüsusi minnətdarlığımı
bildirmək istərdim.
Biz dərindən əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası daha da inkişaf edəcək və onun vətəndaşlarının rifahı bundan sonra da yüksələcəkdir.
Dərin hörmətlə,
Oleq BUDZA,
Moldova Milli Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Azərbaycan.-2013.-18 oktyabr.-S.2.