Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Səsvermənin nəticələri ölkənin hərtərəfli inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndirən Azərbaycan xalqı tərəfindən zati-alinizə böyük etimad göstərilməsini əyani surətdə təsdiqləyir. İnsanlar Sizin yürütdüyünüz siyasəti tam dəstəklədiklərini bildirərək öz ailələrinin firavanlığına və sabitliyinə, Azərbaycanın müasirləşməsinə və modernləşməsinə səs vermişlər.

Ürəkdən inanıram ki, Siz Azərbaycan Prezidenti kimi yüksək vəzifədə bundan sonra da Belarus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə şərait yaradacaqsınız.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, sülh və firavanlıq arzulayıram!

Hörmətlə,

 

 

Leonid KOZİK,

Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.