Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab
Prezident!
Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Kemerovo Vilayət Administrasiyası, Xalq Deputatları Soveti və vilayətin bütün sakinləri adından, həmçinin şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.
Sizə göstərilən ümumxalq dəstəyi son onillikdə Sizin rəhbərliyinizlə ölkənizin qazandığı inamlı nailiyyətlərin qardaş Azərbaycan xalqı tərəfindən etiraf olunmasına dəlalət edir. Bu dəstək Sizə göstərilən ən yüksək etimadı və yürütdüyünüz siyasətin ürəkdən bəyənilməsini ifadə edir. Sabitliyin və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş bu siyasət Azərbaycanın dinamik və fasiləsiz inkişaf, demokratik hüquqi dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə irəliləməsini təmin edir.
Siz XXI əsrin müasir lideri, güclü xarizmatik siyasi xadim, atanız Heydər Əlirza oğlu Əliyevin ən layiqli varisisiniz. Mən Heydər Əlirza oğlunu şəxsən tanıyırdım və onun görkəmli xidmətləri, şəxsiyyətinin miqyası, istedadı, dövlətə sədaqəti və doğma Azərbaycana atalıq qayğısı qarşısında indi də baş əyirəm.
Kuzbas ilə Azərbaycan Respublikasının əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu əməkdaşlığa görə biz Heydər Əlirza oğlunun fəal iştirakına borcluyuq.
Bu gün Siz atanızın dövlətçilik işini davam etdirir, MDB-də və bütün dünya birliyində haqlı olaraq möhkəm nüfuz qazanmış, güclü, müasir Azərbaycan dövlətinə qətiyyətlə rəhbərlik edirsiniz. Azərbaycanın yeni əsri və əlbəttə, onun ən yeni tarixi Sizin adınızla bağlıdır.
Hörmətli İlham Heydər oğlu!
Sizi sevən və ətrafınızda sıx birləşmiş Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə səmimi qəlbdən yeni uğurlar diləyimizi qəbul edin.
Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm!
Dərin hörmətlə,
Aman TULEYEV,
Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru
Azərbaycan.-2013.-18 oktyabr.-S.2.