Şəriksiz lider
Azərbaycandakı Prezident seçkilərini izləyən dünya ictimaiyyəti bir daha ölkəmizdəki ümumxalq birliyinin şahidi oldu. XX əsrin sonu xalqımız uçun sınaq dövrü oldu. Qanlı-qadalı günlər yaşandı. Elan olunmamış müharibə azmış kimi, daxili hərc-mərclik cəmiyyətin parçalanmasına gətirib çıxardı. Xatırlamağı xoşlamadığım bu müdhiş günləri mən də yaşamışam. Bu zaman yeganə nicat xalqın tələbi ilə Heydər Əliyevin Vətənə qayıdışı idi. Xalq bugünkü həmrəyliyə görə ümummilli liderinin - Heydər Əliyevin arxasınca getdi.
Təkcə Azərbaycanda deyil, dünyada öz dövlətçilik bacarığı ilə siyasi nüfuz qazanmış bu dahi şəxsiyyət ölkəmizdə sabitliyi bərpa etdi, xalqın özünəinamını qaytardı, müasir siyasətşünaslıq və dövlət idarəçiliyi məktəbi yaratdı. Bu gün cəmiyyətimiz ötən əsrin 90-cı illərindəki, otur-dur dirijorluğu ilə idarə edilən kütlə deyil. Bu artıq pisi-yaxşıdan, həqiqəti populist vədlərdən seçən sabit cəmiyyətdir.
Atalar məsəli var: elin gözü tərəzidir. 60-dan çox ölkədən
gəlmiş beynəlxalq
müşahidəçilərin iştirakı ilə keçən demokratik seçkilərin nəticəsində
əzmli qələbəni
məhz Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı
İlham Əliyevin qazanmasını mən tarixi və təbii qanunauyğunluq hesab edirəm.
Ötən prezidentlik dövrü sübut etdi ki, yeni Azərbaycanın
qurulmasında Heydər
Əliyevin ən yaxın silahdaşı olan cənab İlham Əliyev ondan qəbul etdiyi siyasi liderlik
məşəlini inamla
şölələndirir. Cənab
İlham Əliyevin demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğu və rəhbərliyi altında
ölkədə aparılan
iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı və uğurla həyata keçirilən gənclər
siyasəti, milli Olimpiya hərəkatının
inkişafı sahəsində
görülən işlərin
ancaq bir hissəsidir.
Elm, təhsil, mədəniyyət
və incəsənətə
dövlət dəstəyinin
nəticəsidir ki, bu sahələr uçun hər il yeni binalar inşa olunur, köhnələri isə müasir tələblərə uyğun
əsaslı təmir
olunur. 2013-cü ilin mart ayının 7-də
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
istifadəyə verilmiş
yeni korpusunun açılışında söylədiyi
nitq Prezidentin milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasına
və inkişafına
xüsusi diqqətinin
bariz nümunəsidir.
Prezident İlham Əliyevin professor-müəllim
heyəti ilə görüşdə söylədiyi:
"Bütün dünyaya
göstəririk ki, Azərbaycan qədim dövlətdir. Biz öz mədəniyyətimizlə
haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək
nəsillərə ötürmək
üçün, ilk növbədə,
sizdən çox şey asılıdır...
Hərtərəfli inkişaf üçün
incəsənətin bütün
növləri dövlət
tərəfindən mütləq
dəstəklənməlidir. Bu dəstək vardır,
gələcək illərdə
bundan da artıq olacaqdır" sözləri bizim gələcək fəaliyyətimiz
üçün proqram
olaraq məsuliyyətimizi
daha da artırdı.
Azərbaycanda yaşayan çoxmillətli
əhalinin iradəsini
ifadə edən bu seçkilər bir daha bütün
dünyaya cənab İlham Əliyevin ölkəmizdə böyük
hörmətə və
nüfuza malik olmasını, xalqın ona böyük inamını və sarsılmaz dəstəyini
sübut etdi.
Mən,
ümummilli lider Heydər Əliyev şəxsiyyətinin pərəstişkarı
olaraq, onun layiqli davamçısı
olan Azərbaycanın
Prezidenti İlham Əliyevin öz bacarıq və qabiliyyətinə, müdrikliyinə
görə dünya azərbaycanlılarının yeni
lideri, dünyanın siyasi nüfuza malik müasir lideri kimi tanınması
ilə fəxr edirəm.
Ömər ELDAROV,
xalq rəssamı, akademik
Azərbaycan.-2013.-18 oktyabr.-S.7.