Azərbaycanın birinci xanımının dəstəyi ilə Pakistanın bir neçə

 əyalətində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Pəncab əyalətinin Fəyzabad şəhərindəki 400-dən çox kimsəsiz uşağın məskunlaşdığı Ancumen Faiz Ul İslam (AFUİ) uşaq evində təşkil olunmuş təntənəli mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri, senator Zəfər Əli Şah, senatorlar Saida İqbal, Nuzhat Sadıq, Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, Senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadiq Akbar, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik etmiş, onlara öz xoş arzularını çatdırmışdır. Səfir Azərbaycanın birinci  xanımı Mehriban Əliyevanın respublikamızda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilmiş və 2012-ci ildə məktəb yenidən əsaslı təmir edilmişdir. Bundan əlavə, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu Pakistanın  Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd aparmış, həmin əyalətin klinikalarında serebral iflicin müayinəsini, açıq ürək əməliyyatlarını təşkil etmiş, Pakistan-Əfqanıstan sərhədi boyu yaşayış məntəqələrində pulsuz qanköçürməni həyata keçirmiş, göz klinikasının tikintisi üçün maddi yardım etmiş, həmçinin  2012-ci ildə Qurban bayramında Pakistanın Tayfalar ərazisində, Pəncab əyalətində yüzlərlə qurbanlıqlar kəsmiş, 2012-2013-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil etmişdir.

Senatorlar Zəfər Əli Şah,  Səidə İqbalAFUİ-nin prezidenti Mian Sadiq Akbar  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə dərin minnətdarlıqlarını bildirmişlər. Natiqlər vurğulamışlar ki, ilahi sevgidən yaranan Qurban bayramı günlərində Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi bu  diqqət onun humanistliyinin, islam dəyərlərinə sadiqliyinin, həmçinin xalqlarımız arasındakı münasibətlərin inkişafına töhfəsinin göstəricisidir.

Pakistan Senatı administrasiyasının rəhbəri İftixarulla Babar oktyabrın 9-da Azərbaycanda keçirilmiş  prezident seçkilərini müşahidə etmək üçün parlament nümayəndə heyəti tərkibində Bakıya səfər etdiyini bildirərək tam azad, şəffaf və demokratik seçkilərdə Prezident İlham Əliyevin 85 faiz səslə yenidən dövlət başçısı seçildiyini qeyd etmiş, həmçinin  respublikamızda gedən iqtisadi islahatlar, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr haqqında danışmışdır.

Sonda Ancumen Faiz Ul İslam  evində məskunlaşmış hər bir uşağa Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından qiymətli hədiyyələr təqdim edilmişdir.

Lahor şəhərindəki 500 kimsəsiz uşağın məskunlaşdığı "SOS Village"də təşkil olunmuş mərasimdə Azərbaycan-Pakistan Fondunun prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudri ölkələrimiz arasındakı sıx qardaşlıq münasibətlərinin əsas məqamlarını açıqlamışdır. O, ölkəmiz haqqında danışmış, Azərbaycan Diplomatik Akademiyasında təhsil aldığı illərin xatirələrini bölüşmüş, azərbaycanlıların Pakistan xalqına olan sevgi və məhəbbəti haqqında ürək sözlərini demişdir.

Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də  baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrorla üzləşən və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu tədbir çətin maddi durumda olandaim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.

Qurban bayramı ilə əlaqədar Pakistanın müxtəlif bölgələrində keçirilmiş tədbirlər zamanı 200-dən çox qurbanlıq inək və qoyun kəsilərək kimsəsizlər və qocalar evlərinə, həmçinin zəlzələdən zərər çəkmiş imkansız ailələrə paylanılmışdır.

 

Azərbaycan.-2013.-18 oktyabr.-S.10.