Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi olaraq iki uğurlu prezidentlik müddətindən sonra Azərbaycan xalqının üçüncü dəfə Sizə yüksək etimad göstərərək yenidən Prezident seçməsi münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq və şərəf duyuram. Bu, Sizin liderliyinizin və demokratiyaya möhkəm bağlılığınızın bariz təsdiqidir.
Azərbaycan böyük gələcəyi, potensialı, strateji cəhətdən vacib, zəngin təbii sərvətləri və istedadlı xalqı olan ölkədir. Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, regional səviyyədə tərəqqi və inkişaf amili hesab olunur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal və konstruktiv rol oynayacaqdır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatında Zati-alinizin dəstək və tövsiyələrinə həmişə ümid bəsləyirik.
Zati-aliləri, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayım.
Hörmətlə,
Səfir Şamil
ƏLƏSGƏROV,
İqtisadi Əməkdaşlıq Təşkilatının
Baş katibi
Azərbaycan.-2013.- 19 oktyabr.- S. 1.